BMT-dən Rusiyanın turizm təşkilatından çıxarılmasına reaksiya
BMT-dən Rusiyanın turizm təşkilatından çıxarılmasına reaksiya
Rusiyanın Ümumdünya Turizm Təşkilatına (UNWTO) üzvlüyünün dayandırılması zərərli presedent ola bilər.
Bunu "RİA Novosti"yə müsahibəsində BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
"Bildiyiniz kimi, baş katibin BMT sisteminin ixtisaslaşmış qurumu olan BMT Ümumdünya Turizm Təşkilatı üzərində heç bir səlahiyyəti yoxdur... Bununla belə, o hesab edir ki, bu, çoxtərəfli sistemin işləməsi üçün zərərli presedent yarada bilər", - deyə Düjarrik izah edib.
Qvatemala, Litva, Polşa, Sloveniya və Ukrayna daha əvvəl Donbasdakı vəziyyətlə əlaqədar Rusiyanın BMT-nin turizm təşkilatındakı üzvlüyünü dayandırmaq üçün quruma sorğu göndərib.
Bundan sonra təşkilatın İcraiyyə Şurası Rusiyanın üzvlüyünün dayandırılması məsələsi ilə əlaqədar Baş Assambleyanın növbədənkənar iclasının keçirilməsini dəstəkləyib.
UNWTO - turizmin ümumi əlçatanlığına və turizm sənayesinin perspektiv inkişafına cavabdeh olan beynəlxalq təşkilatdır. /oxu.az

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?