BMT Əfqanıstandan ÇIXIR
"Birləşmiş Millətlər Təşkilatı (BMT) bu ilin may ayında bütün layihələrini məhdudlaşdırmağa və əcnəbi personalı Əfqanıstandan çıxarmağa hazırdır".
KONKRET.az xəbər verir ki, bu barədə BMT-nin İnkişaf Proqramının (UNDP) rəhbəri Axim Ştayner "Associated Press" agentliyinə bildirib.
Onun sözlərinə görə, təşkilatın nümayəndələri ötən gün qəbul edilmiş fərmanın ləğvi üçün Əfqanıstan hökuməti ilə danışıqlar aparır.
O bildirib ki, "Taliban" qadınların BMT-nin missiyasında işləməsini qadağan edib. Təşkilatda çalışan 3300 əfqan – 2700 kişi və 600 qadın aprelin 12-də evdə qalıb, lakin onlar işlərini görməkdə və maaşlarını almaqda davam edirlər.
Ştayner qeyd edib ki, təşkilat yerli qadınların iştirakı olmadan Əfqanıstanda bütün vəzifələrin öhdəsindən gələ bilməyəcək.
Xatırladaq ki, 2022-ci ilin sentyabrından Birləşmiş Millətlər Təşkilatının Əfqanıstana Yardım Missiyasına Qırğızıstanın eks-prezidenti Roza Otunbayeva rəhbərlik edir.
O, 2010-2011-ci illərdə Qırğızıstanın prezidenti olub.
Roza Otunbayeva və Əmir Xan Müttəki
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir