BMT əməkdaşlarının oğurlanmasını təsdiqlədi
BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik Yəməndə beynəlxalq təşkilatın beş əməkdaşının oğurlanması ilə bağlı mətbuatda yayılan xəbərləri təsdiqləyib.
KONKRET.az xəbər verir ki, bu barədə "Interfax" agentliyi məlumat yayıb.
"Bizim bu işdən xəbərimiz var, amma məlum səbəblərə görə şərh vermək fikrində deyilik", – deyə o bildirib.
Bundan əvvəl media Yəmən rəsmilərinə istinadən xəbər vermişdi ki, əl-Qaidə terrorçuları ilə əlaqədə şübhəli bilinən şəxslər Yəmənin cənubunda BMT-nin 5 əməkdaşını oğurlayıb. Onlar cümə günü axşam Abyan əyalətindən naməlum istiqamətə aparılıblar. Qaçırılanlar arasında dörd yəmənli və bir əcnəbi var.
BMT-nin Yəməndəki humanitar koordinatorunun nümayəndəsi Rassel Gikki bildirib ki, BMT əməkdaşların azad edilməsi üçün səlahiyyətlilərlə sıx əlaqə saxlayır.

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar