BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edildi
Martın 21-də BMT-nin Qadınların Statusu Komissiyasının (CSW) 69-cu sessiyası çərçivəsində Azərbaycanın təklifi əsasında "Silahlı münaqişələr zamanı girov götürülmüş, o cümlədən sonradan həbs edilmiş qadınların və uşaqların azadlığa buraxılması" adlı qətnamə qəbul olunub.
Sənəd BMT-nin elektron bazasına yerləşdirilib.
1994-cü ildən başlayaraq iki ildən bir gündəmə gətirilən bu sənəd silahlı qarşıdurmalar zamanı qadın və uşaqların vəziyyətinə xüsusi önəm verir və girovluq məsələsini vurğulayır. Qətnamədə bu cür hərəkətlərin qanuna zidd və əsassız olduğu qəti şəkildə qeyd edilir.
Sənəd münaqişə zonalarında beynəlxalq humanitar hüququn pozulması ilə mülki şəxslərə qarşı yönəlmiş hər cür zorakılığı qınayır, buna qarşı səmərəli addımların atılmasını və xüsusilə girovluqda olan qadın və uşaqların tez bir zamanda azad edilməsini tələb edir.
Bundan başqa, qətnamə münaqişədə iştirak edən bütün tərəfləri beynəlxalq humanitar hüquqa riayət etməyə və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirlər görməyə dəvət edir.
Eyni zamanda, dövlətlərə girovluqdakı qadın və uşaqların yerini və taleyini öyrənmək üçün təcili tədbirlər həyata keçirmək tapşırığı verilir. Sənəddə məsuliyyətin gücləndirilməsinin vacibliyi vurğulanır və beynəlxalq hüquqa uyğun olaraq hərbi cinayətlərdə təqsirli şəxslərin müəyyənləşdirilməsi, təqib olunması və cəzalandırılması üçün dövlətlərin üzərinə düşən vəzifələr xatırladılır.
Qətnamənin əsas məqsədlərindən biri beynəlxalq əməkdaşlığın genişləndirilməsi, girovların təhlükəsizliyinin və insan ləyaqətinin qorunması, onların azadlığa çıxarılması, reabilitasiyası və cəmiyyətə yenidən inteqrasiyası üçün mexanizmlərin təkmilləşdirilməsidir.
BMT-nin Baş katibi Antoniu Quterriş Qadınların Statusu Komissiyasının 71-ci sessiyasında bu qətnamənin icrasına dair ətraflı hesabat təqdim edəcək. / konkret.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir