BMT-nin İnsan Hüquqları Şurasında Qərbi Azərbaycandan olan uşaqlarla bağlı məsələ qaldırılıb

BMT-nin İnsan Hüquqları Şurasında Qərbi Azərbaycandan olan uşaqlarla bağlı məsələ qaldırılıbBMT-nin Cenevrə Ofisində İnsan Hüquqları Şurasının 58-ci sessiyası çərçivəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə "Münaqişə bölgələrində uşaqların hüquqları" adlı yan tədbir keçirilib.
azxeber.com "Report"a istinadən xəbər verir ki, tədbirdə beynəlxalq təşkilatların, müxtəlif ölkələrdən diplomatik korpusun təmsilçiləri, vətəndaş cəmiyyəti nümayəndələri, tədqiqatçı-alimlər iştirak edib.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev münaqişələrin zərbə vurduğu əsas qrupun məhz uşaqlar olduğunu bildirib.
O, Qərbi Azərbaycandan deportasiya olunan və artıq başa çatmış Qarabağ münaqişəsindən təsirlənmiş azərbaycanlı uşaqların Ermənistan dövləti tərəfindən pozulmuş insan hüquqlarına dair məsələ qaldırıb:
"Təəssüflə qeyd etməliyəm ki, 1988-1989-cu illərdə etnik təmizləmə nəticəsində indiki Ermənistan ərazisindən 300 mindən artıq azərbaycanlı, o cümlədən on minlərlə uşaq yaşadığı doğma torpaqlarından deportasiya olunub". Toplantıda Beynəlxalq Avrasiya Mətbuat Fondunun dünyada uşaqların taleyindən bəhs edən "Müharibə və uşaqlar" adlı videoçarxı nümayiş olunub.
BAMF-ın nümayəndəsi Nik Nvolisa münaqişə baş vermiş və hazırda qaynar olan bölgələrdə yaşayan uşaqlar haqqında hesabat təqdim edib.
Hesabatda Azərbaycanın mina qurbanlarının statistikası da öz əksini tapıb.
Təqdimatdan sonra yan tədbirin təşkilatçılarından olan "Beynəlxalq Hüquqlar və İnkişaf İnstitutu"nun İdarə Heyətinin üzvü, "Qlobal Su Ətraf Mühit və Sağlamlıq İnstitutu"nun icraçı direktoru Nidal Səlim münaqişələrin uşaqların həyatını məhv etdiyini qeyd edib:
"Son günlər yenidən Qəzzada münaqişənin aktivləşdiyini müşahidə edirik. Bizi ən çox məyus edən isə həyatını itirənlər arasında uşaqların sayının çox olmasıdır. Artıq qəbul etməliyik ki, sülh və əmin-amanlıq nəinki uşaqların, bütün insanların hüquqlarının qorunmasının təməl prinsipidir".
Qlobal Cənub Şəbəkəsinin üzvü və Cenevrə Diplomatiya Məktəbinin mentoru Blerim Mustafa uşaqlarla bağlı mühüm statistikaları təqdim edib, xüsusilə Xocalı soyqırımında öldürülmüş uşaqları xatırladıb:
"Beynəlxalq araşdırmalara görə, hər 6 uşaqdan 1-i münaqişənin təsirinə məruz qalan bölgələrdə yaşayır. 1990-cı illərdə münaqişə bölgələrində yaşayan uşaqların sayı 10% olduğu halda, bu gün bu rəqəm təxminən 2 dəfə artaraq 19%-ə çatıb. Birinci və İkinci Qarabağ müharibələri zamanı uşaqlar da bu münaqişənin qurbanına çevriliblər. Xüsusilə, Xocalı soyqırımı azərbaycanlı uşaqların dəhşətli qətliamı kimi tarixə həkk olunub. Bu, dünyada milyonlarla uşağın üzləşdiyi acı reallıqlardan biridir".
Panelistlərin çıxışları yekunlaşdıqdan sonra sual-cavab sessiyası təşkil olunub.
Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) icraçı direktoru Melissa Parke tədbirin əhəmiyyətini qeyd edərək təşkilatçılara təşəkkür edib.
Tədbirin sonunda BAMF-ın beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə ünvanladığı bəyanatı səsləndirilib. Bəyanatda Ermənistandan deportasiya olunan və Qarabağ müharibələrindən təsirlənən azərbaycanlı uşaqlar haqqında faktlar da yer alıb.
Qeyd edək ki, BMT-nin Cenevrə Ofisində İnsan Hüquqları Şurasının 58-ci sessiyası çərçivəsində təşkil olunan yan tədbir Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə baş tutub.

Siyasi       Tarix: 29 mart 2025
f Paylaş

Oxşar xəbərlər

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind


son xeberler azerbaycan xeberleri yeni xeberler axsam az xeberler bugunun xeberleri sou biznes novruz bayramı