BMT-nin Malidəki sülhməramlı missiyası ölkəni tərk etdi
BMT-nin Malidəki Çoxölçülü İnteqrasiya Sabitləşdirmə Missiyasının (MINUSMA) üzvləri Timbuktu bölgəsindəki bazasını tərk ediblər.
KONKRET.azTASS-a istinadən xəbər verir ki, mərasim zamanı MINUSMA-nın rəhbəri Anton Ançev bazanın "açarlarını" Timbuktu bölgəsinin qubernatoru Bakun Kanteyə təhvil verib və BMT-nin bayrağı bazadan yığışdırılıb.
İyunun 30-da BMT Təhlükəsizlik Şurası Mali hökumətinin tələbi ilə Afrikanın bu ölkəsində sülhməramlı missiyanın dayandırılması barədə qətnaməni yekdilliklə qəbul edib. Qətnamədə göstərilirdi ki, missiya 31 dekabr 2023-cü ilə qədər başa çatmalıdır.
Xatırladaq ki, MINUSMA 2013-cü ilin yazında BMT Təhlükəsizlik Şurasının qətnaməsi əsasında yaradılıb. Missiyanın vəzifəsi respublika ərazisində təhlükəsizliyin gücləndirilməsində Mali hakimiyyətinə kömək etmək idi. Bununla belə, 2023-cü ilin yayında Mali hökuməti MINUSMA-nın vəzifəsini yerinə yetirə bilməməkdə ittiham edib. Həmin vaxt missiya üzvülərinin sayı 15 mindən çox idi. Malidə missiya yaradılandan bəri 300-ə yaxın əməkdaş həlak olub.
Vəli Həsənov,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi