BMT rəsmisi Azərbaycana təşəkkür edib
Azərbaycan BMT-nin 2026-cı il büdcəsi üçün üzvlük haqqını tam ödəyib.
azxeber.com xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsünün müavini Fərhan Haq jurnalistlərə açıqlamasında bildirib. O, buna görə Azərbaycana təşəkkür edib.
F.Haq Azərbaycanla bağlı maraqlı viktorina təqdim edib. O, son ödənişlə əlaqədar olaraq bildirib ki, bu ölkənin paytaxtı Xəzər dənizinin qərb sahilində, dəniz səviyyəsindən 28 metr aşağıda yerləşir və bu göstəriciyə görə dünyanın ən aşağıda yerləşən paytaxt şəhərlərindən biridir.
"Bir təxmininiz varmı? Bəli, bu Azərbaycandır. Söhbət Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindən gedir. Azərbaycan BMT-nin mütəmadi büdcəyə tam ödəniş edib və biz buna görə Bakıdakı dostlarımıza təşəkkür edirik", - o vurğulayıb.
O, əlavə edib ki, Azərbaycan ötən illərdə olduğu kimi, bu il də BMT-nin büdcəsi üçün üzvlük haqqını ödəyən ilk ölkələr sırasında yer alıb. Bu günə qədər Azərbaycanla yanaşı, BMT-yə üzv olan daha 24 dövlət ödənişlərini tam həyata keçirib.
Qeyd edəkki, BMT-nin büdcəsi təşkilata üzv olan 193 dövlətin ödədiyi üzvlük haqları hesabına formalaşır. Üzvlük haqqının məbləği bir neçə meyar əsasında müəyyən edilir ki, bunlardan əsas olanı ölkənin ödəmə qabiliyyətidir. Toplanan vəsait ilk növbədə BMT-nin mərkəzi orqanlarının, Baş Assambleyanın, xüsusi komitələrin və Katibliyin inzibati xərclərinin qarşılanmasına yönəldilir. BMT xərclərinin əhəmiyyətli hissəsi isə sülhməramlı missiyalara sərf olunur.
Azərbaycan 1992-ci il martın 2-də BMT Baş Assambleyasının 46-cı sessiyasında qəbul edilən qətnamə ilə təşkilata üzv qəbul edilib. Bununla əlaqədar olaraq BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı qarşısında Azərbaycanın dövlət bayrağı qaldırılıb, mayın 6-dan etibarən isə ölkəmizin təşkilat yanında Daimi Nümayəndəliyi fəaliyyətə başlayıb.

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
"Əl-Nəsr"dən Ronaldonu istədilər