BMT Rusiyaya qarşı sanksiyaları yumşaltmağı təklif edir
BMT-nin Baş katibi Antoniu Quterriş Ukraynanın taxıl ixracına imkan yaradacağı təqdirdə Rusiyaya qarşı sanksiyaları yumşaltmağı təklif edir.
KONKRET.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Hazırda A.Quterriş Ukraynanın ərzaq ixracatını dünya bazarlarına açmaq və qlobal ərzaq qıtlığının qarşısını almaq üçün Rusiya, Türkiyə və digər ölkələrlə danışıqlar aparır.
Diplomatlar hesab edir ki, Rusiya ciddi danışıqlar aparmır. Onların sözlərinə görə, Türkiyə dənizi minalardan təmizləmək və naviqasiyanı idarə etmək də daxil olmaqla, razılaşmalarda iştirak etməyə hazır olduğunu bildirib.
Taxıl məhsullarının blokdan çıxarılması qarşılığında A.Quterriş Rusiya və Belarus kaliumunu dünya bazarına qaytarmağı təklif edir.
Rusiya və Ukraynanın BMT-dəki nümayəndələri məsələyə şərh verməkdən imtina ediblər.
Hələlik BMT Təhlükəsizlik Şurası Rusiyanı Ukraynanın dəniz limanlarını açmağa məcbur edəcək qətnamə qəbul edə bilmir.
Ona görə də Ukrayna taxılından asılı olan ölkələr Moskvaya təzyiq edəcək ki, beynəlxalq təşkilatların və ya neytral və ya Rusiyaya dost olan ölkələrin bayraqları altında olan gəmilərin müşayiəti ilə məhsulların ən azı məhdud şəkildə tədarükünə icazə verilsin.
Ukrayna tərəfinin hesablamasına görə, Rusiyanın genişmiqyaslı hərbi əməliyyatları başladıqdan və Rusiya Ukrayna ərazisinə soxulduqdan sonra ən azı 400 min ton taxıl oğurlanıb və ölkədən çıxarılıb.//Report
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Türkiyə MN Azərbayan Silahlı Qüvvələrini təbrik etdi - Foto
Argentinalı futbolçu xanımı və iki övladını zəlzələdə itirdi
Uqandada hərbçilər televiziya kanallarının yayımını dayandırdılar
Köçəryanın gizli görüntüləri ilə bağlı yeni qalmaqal
Türk düşmənləri Trampa qarşı birləşdi: "Ərdoğanı silahlandırma..."
Babək rayonunda ağır qəza - Üç nəfər xəsarət alıb - FOTO
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
Buğdanın tədarük qiyməti ilə bağlı - Sərəncam
"Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir
Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb
Prezident təsdiqlədi: bu ölkə ilə viza tələbi ləğv edildi
Putin narahatdır, Gerasimov prezidenti aldadır
Tezliklə maaşlar artırıla bilər – ŞAD XƏBƏR
Bakıda qadın evinin həyətində ölü tapıldı
"Qurani-Kərim"lə bağlı dediyi sözlərə görə haqqında araşdırma başlandı