BMT Təhlükəsizlik Şurasının üzvləri erməni vəhşiliyi barədə məlumatlandırıldı

BMT Təhlükəsizlik Şurasının üzvləri erməni vəhşiliyi barədə məlumatlandırıldıBMT Təhlükəsizlik Şurasının üzvləri erməni vəhşiliyi barədə məlumatlandırıldı
BMT Təhlükəsizlik Şurasında gündəliyin "Silahlı münaqişədə mülki əhalinin müdafiəsi" bəndi üzrə "Mülki əhalinin salamat qalması üçün zəruri obyektlərin müdafiəsi" mövzusunda virtual açıq debatlar keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev debatlarda məruzə ilə çıxış edib.
Azərbaycanlı diplomat öz bəyanatında qeyd edib ki, mülki şəxslərin birbaşa hücumlardan və müəyyən hədəflər seçilməyən həmlələrdən qorunması beynəlxalq humanitar hüquq rejiminin əsas məqsədlərindən biridir və bu məqsədə xələl gətirən hərəkətlər barəsində çoxsaylı qadağalar mövcuddur. Bu rejimin əsasını fərqləndirmə prinsipi təşkil edir. Y.Əliyev qeyd edib ki, mülki şəxslər barəsində görülən müdafiə tədbirləri mülki obyektlərə də tətbiq edilməlidir. Onun sözlərinə görə, Azərbaycan münaqişənin dağıdıcı nəticələrindən ciddi zərər çəkmiş ölkələrdən biridir. Məlum olduğu kimi, Ermənistanın Azərbaycana qarşı 1990-cı illərin əvvəlində başladığı tammiqyaslı müharibə nəticəsində Azərbaycan ərazisinin xeyli hissəsi zəbt edilib və təxminən otuz il ərzində işğal altında qalıb.
Bu münaqişə müddətində mülki əhaliyə qarşı yönəlmiş, mülki şəxslərə və mülki obyektlərə qeyri-mütənasib dərəcədə zərər vurmuş hücumlar barəsində qadağalar Ermənistan tərəfindən dəfələrlə pozulub. Müharibə on minlərlə insanın həyatına son qoyub, işğal edilmiş ərazilərdə 700 mindən çox azərbaycanlı barəsində etnik təmizləmələr aparılıb. İşğal edilmiş şəhər, qəsəbə və kəndlərin əksəriyyəti yerlə-yeksan edilib. Beynəlxalq birlik Ermənistan tərəfindən ətraf mühitə vurulmuş dağıdıcı zərbələri ekoloji təcavüzün bir forması kimi səciyyələndirib.
Diplomat qeyd edib ki, 2015-ci ildən bəri Azərbaycanın işğal edilmiş ərazilərində və ətraf bölgələrdə təkrar eskalasiya müşahidə olunurdu. 2016-cı ilin aprel və 2020-ci ilin iyul aylarında Ermənistan cəbhə xəttində və Ermənistan ilə Azərbaycanın sərhədində genişmiqyaslı döyüş əməliyyatlarına təhrikçilik edib. 2016-cı ilin may ayında BMT Ali Komissarının qaçqınlar üzrə idarəsi münaqişə zonasının yaxınlığında yerləşən Azərbaycan kəndlərində artilleriya atəşləri və partlamamış döyüş sursatlarının tətbiqi nəticəsində mülki əmlaka ziyan vurulmasını bildirib. 2020-ci ilin iyul ayında Ermənistan silahlı qüvvələrinin sərhəd bölgəsindəki hücumları Azərbaycan ərazisində strateji əhəmiyyətli beynəlxalq neft və qaz kəmərləri, habelə Bakı-Tbilisi-Qars dəmiryolu üçün təhlükə yaradıb.
2020-ci il sentyabrın axırlarında Ermənistan tərəfindən törədilmiş növbəti təcavüz aktı və bunun ardınca başlanmış döyüş əməliyyatları Azərbaycanın dinc əhalisi arasında çoxsaylı tələfata səbəb olub. Münaqişə zonası hüdudlarından kənarda Azərbaycanın bir neçə iri şəhərlərində mülki infrastruktura ciddi ziyan vurulub.
Ermənistan silahlı qüvvələri həm də Azərbaycanın enerji infrastrukturunu məhv etməyə məqsəd qoymuşdu. Mingəçevir şəhərinə atılmış ballistik raket Cənubi Qafqazda ən iri su anbarında, Mingəçevir hidroenergetika kompleksində yerləşən Azərbaycan istilik elektrik stansiyasının binasının bilavasitə yaxınlığında yerə düşüb. Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əks-hücum əməliyyatı nəticəsində Azərbaycan ərazisinin təqribən 10 000 kvadrat kilometri, bu ərazidə yerləşən 300-dən çox şəhər, qəsəbə və kənd işğaldan azad edilib.
Həmin ərazilər işğaldan azad ediləndən sonra orada törədilmiş dağıntıların, vandalizmin, qarət və soyğunçuluğun görünməmiş miqyası şoka səbəb olur. Bu ərazilərin çox hissəsi sözün hərfi mənasında kabus şəhər və kəndlərə çevrilib, bütün mülki infrastruktur dağıdılıb və qarət edilib. Bundan əlavə, geri çəkilən erməni qüvvələri və bu əraziləri tərk edən qeyri-qanuni məskunlar evləri, məktəbləri və digər mülki infrastruktur obyektlərini söküb, sonra isə yandırıblar, elektrik kabellərini və dirəkləri kəsib, yanacaqdoldurma stansiyalarını dağıdıb, işğal olunmuş ərazilərdən gedərkən orada olan hər şeyi məhv etmək məqsədilə ağacları kəsib, meşələri yandırıblar.
Mülki infrastrukturun məhv edilməsi və işğaldan azad edilmiş rayonlarda geniş sahələrin minalanması məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtması üçün ciddi problemlər yaradır. Azərbaycan hökuməti bu ərazilərin bərpasına və yenidən qurulmasına, orada yaşayışın, əsas nəqliyyat və rabitə xidmətlərinin bərpasına birinci dərəcəli diqqət yetirir. Münaqişədən sonrakı dövrdə dinc quruculuq və regionun sosial-iqtisadi bərpasını tezliklə təmin etmək üçün tədbirlər görülür. Bütün şəhərlərin baş planları hazırlanır, beynəlxalq tərəfdaşların iştirakı ilə bir sıra layihələr həyata keçirilir. Eyni zamanda, törədilmiş hüquq pozuntularının labüd nəticəsi kimi beynəlxalq hüququn ciddi pozulmasına görə məsuliyyət məsələsi qaldırılmalıdır. Cəzasızlığa qarşı mübarizə də möhkəm sülh və həqiqi barışıq yolunda mühüm preventiv vasitə və zəruri ilkin şərtdir. /oxu.az

Siyasi       Tarix: 29 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

Nə dincəlməyə, nə də bayram etməyə vaxtımız oldu

Xoşbəxtlikdən Azərbaycanın nə mövcud, nə də potensial daxili riskləri yoxdur. APA-ya istinadla xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib. "Xoşbəxtlikdən Azərbaycanın nə mövcud

İran ABŞ-ın hücumlarına cavab olaraq İsraili vuracaqları ilə hədələyib

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqer Zolqədr İsraili aprel ayında dayandırılan müharibəyə yenidən cəlb etməklə hədələyib. ISNA-nın xəbərinə görə, Məhəmməd Baqer Zolqədr deyib ki, İran Amerikanı

Prezidentlər işğal dövründə güllələnmiş büstlərə baxdılar

İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründ

Argentina millisi DÇ-dən kənarlaşdırılır? - 2.5 milyondan çox insan petisiyanı imzaladı

Argentina futbol millisinin dünya çempionatından kənarlaşdırılması tələbi ilə yaradılan petisiyanı indiyədək 2.5 milyondan çox insan imzalayıb. KONKRET.azxəbər verir ki, petisiya saytında yerləşdirilib. Müəlliflər hakimləri

Fars körfəzində "nüvə" getdi, "dəniz savaşı" gəldi: ABŞ Tehranı boğa bilərmi?

ABŞ ilə İran arasında gərginliyin yenidən artması Fars körfəzində mümkün hərbi qarşıdurma ehtimallarını da gücləndirib. Dünyanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyan bu bölgədə baş verə biləcək hə

Sahibə Qafarova Bob Bləkmənlə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 13-də Britaniya Parlamentinin üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən ilə görüşüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələ

Volodimir Zelenski: Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istədiyini bildirib.   xəbər verir ki, Ukrayna Prezidenti jurnalistlərlə onlayn formatda təmasında "Report"un Şərqi Avropa bürosunu

Yaxın Şərqin "xuliqanı" zərərsizləşdirilir: Trampdan sərt bəyanat

ABŞ Prezidenti Donald Tramp İrana qarşı sərt mövqeyini ifadə edərək, Tehranın Yaxın Şərqdəki təsirini və hərbi gücünü ciddi şəkildə itirdiyini bəyan edib. xəbər verir ki o, İranın hərbi potensialının dörd ay əvvəlki ilə müqayisəd

Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir

Şəhidlərimizin ruhu qarşısında bu gün biz yenə də özümüzə və xalqımıza, dövlətimizə and içməliyik ki, istənilən halda biz öz milli ləyaqətimizi qoruyacağıq. Bundan sonra heç kim heç vaxt bizim xalqımıza zərər vurmayacaq


yeni xeberler son xeberler azerbaycan xeberleri azerbaycanda son xeberler meherremlik 2026 cəbhədən son görüntülər son xeber.az