Bölgə partlayış ərəfəsində - Şoyqu Tehrana və Bakıya niyə gəldi?

Bölgə partlayış ərəfəsində - Şoyqu Tehrana və Bakıya niyə gəldi?"Yaxın Şərq regionununda gərginlik davam edir və bəzi təhlilçilər bölgədə böyük müharibə riskinin olduğunu iddia edir. Bunun fonunda regional aktyorlar "saatları sinxronlaşdırmağa" və bir-birlərinin mövqelərini başa düşməyə çalışırlar".
KONKRET.az xəbər verir ki, erməni siyasi strateq Vigen Akopyan "Sputnik Ermənistan"a müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun İrana, oradan isə Azərbaycana səfərini belə şərh edib.
Ekspertin fikrincə, Rusiya və İran arasında strateji hərbi-siyasi ittifaqın formalaşmasına start verildiyi göz qabağındadır. Hər iki ölkə hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalamağa hazırlaşır. Rusiya Təhlükəsizlik Şurasının hazırkı katibinin əvvəlki vəzifəsində (müdafiə naziri) fəaliyyətini nəzərə alsaq, İranın Rusiyadan bir sıra silah və hərbi texnika tədarükünü gözlədiyini istisna etmək olmaz. Tehran həmçinin kəşfiyyat məlumatı mübadiləsi üçün Moskvaya müraciət edə bilər.
Rusiya üçün Qərblə və Ukraynanın Şimal Hərbi Dairəsi ilə qarşıdurma kontekstində düz qonşuluqda daha bir genişmiqyaslı eskalasiya arzuolunmazdır. Ukrayna "hekayəsi" ilə məşğul olmasına baxmayaraq, Moskvanın Cənubi Qafqaz və Yaxın Şərqdə həyati maraqları var.
Şoyqunun Bakı səfərinə gəlincə, Azərbaycanla münasibətlər Rusiya üçün bir sıra səbəblərə görə vacibdir. Bakı ilə Təl-Əviv arasında kifayət qədər həssas və spesifik münasibətləri nəzərə alaraq, İranın Rusiya vasitəsilə Azərbaycanı İsrail tərəfinin müdaxiləsinə qarşı xəbərdar etmək istəyini də istisna etmək olmaz.
İran istəyir ki, Azərbaycan İsraillə ciddi eskalasiya olacağı təqdirdə loyal olmasa da, heç olmasa neytral mövqe tutsun. Ola bilsin ki, Şoyqu bu mesajlarla Tehrandan Bakıya gedib.
Ermənistanın regional gərginlik fonunda davranışından danışan ekspert o qədər də optimist olmayan tendensiyanın mövcudluğunu qeyd edir. Qonşular regional gərginlikdən sığortalanmağa, ittifaqlar qurmağa və "saatları sinxronlaşdırmağa" çalışarkən, Ermənistan hakimiyyəti uzunmüddətli məzuniyyətə çıxır, yüksək vəzifəli şəxslər isə "velosiped sürür və sağlam həyat tərzini təbliğ edirlər". Akopyan baş nazir Paşinyanın müntəzəm veloyürüşlərini nəzərdə tutur, hökumət başçısının sosial şəbəkələrdə aktiv şəkildə yaydığı videolara ehyam vurur.
"Ermənistan regional təlatümlər şəraitində passiv müşahidəçi mövqeyini tutub və onun hakimiyyəti öz cəmiyyətinə elə bir mənzərə təqdim etməyə çalışır. Deyirlər ki, hər şey qaydasındadır, heç bir təhlükə yoxdur, yay tətilindən zövq ala və sağlam həyat tərzi sürə bilərsiniz", – deyə siyasi strateq deyir.
Onun fikrincə, əslində hakimiyyət çoxdan başa düşüb ki, onlar bu böyük oyunda iştirak etmirlər, heç bir qərar vermirlər, heç nə onlardan asılı deyil. Öz növbəsində Qərb, Rusiya və İran Ermənistan rəhbərliyini faktor və subyekt kimi qəbul etməyi çoxdan dayandırıb.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 07 avqust 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bu gun son xeberler azerbaycan sonxeberler cəbhədən xəbər