Bolqarıstan Prezidenti Ceyhun Bayramovla görüşdü
Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
XİN-dən KONKRET.az-a verilən xəbərə görə, Prezident Rumen Radev iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində həyata keçirilən cari səfərin əlaqələrin daha da inkişafı baxımından əhəmiyyətini qeyd edib.
Prezident Rumen Radev dost Azərbaycan ilə əlaqələrin üç onillik ərzində bir çox sahələrdə yüksək səviyyədə inkişafını vurğulayıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə dəvət ünvanladığını qeyd edən Bolqarıstan Prezidenti, bu səfərin həyata keçirilməsinin yalnız iki ölkə arasında deyil, iki bölgə arasında əlaqələrin daha da genişlənməsinə müsbət töhfə verəcəyini ifadə edib.
Nazir Ceyhun Bayramov qəbula görə təşəkkürünü bildirib və Azərbaycan dövlət başçısının səmimi salamlarını Bolqarıstan Prezidentinin diqqətinə çatdırıb. Nazir, Sofiyada keçirilən ikinci strateji dialoq görüşü çərçivəsində bolqar həmkarı ilə çox faydalı fikir mübadiləsinin aparıldığını qeyd edib.
Görüşdə, iki ölkə arasında enerji, iqtisadi-ticarət, informasiya texnologiyaları, kənd təsərrüfatı, turizm, təhsil, mədəniyyət sahələrində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın enerji sahəsində Bolqarıstanın, eləcə də Avropa İttifaqının etibarlı tərəfdaşı olduğu vurğulanıb.
Nazir Ceyhun Bayramov Bolqarıstan Prezidentinə bölgədəki postmünaqişə vəziyyəti barədə, o cümlədən azad olunmuş ərazilərin bərpası və yenidən qurulması və sülh quruculuğu istiqamətində Azərbaycan hökuməti tərəfindən görülən işlər barədə məlumat verib. Bolqarıstan tərəfinin azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesinə dəstək olmaq niyyəti yüksək qiymətləndirilib.
Nazir Ceyhun Bayramov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin təbrik məktubunu Bolqarıstan Prezidentinə təqdim edib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun