Boyu adamı ötən səməni, qucağa yerləşməyən qoğallar: İri atributlar necə hazırlanır? - REPORTAJ + FOTO

Boyu adamı ötən səməni, qucağa yerləşməyən qoğallar: İri atributlar necə hazırlanır? - REPORTAJ + FOTOBoyu adamı ötən səməni, qucağa yerləşməyən qoğallar: İri atributlar necə hazırlanır? - REPORTAJ + FOTO
Ən sevimli, qədim, milli bayram olduğundan hər kəs Novruza xüsusi hazırlaşır. Çərşənbə axşamları tonqallarla işıqlanan paytaxt gündüzlər bayram xonçası rəngarəngliyi ilə göz oxşayır.
Adam boyunda səməni, kosa, keçəl, yumurta, paxlava, qoğal, şəkərbura... Bakının küçə və meydanlarında quraşdırılan bu nəhəng atributların hazırlanma prosesi hər kəsə maraqlıdır.
Boyu adamı ötən səməni, qucağa yerləşməyən qoğallar: İri atributlar necə hazırlanır? - REPORTAJ + FOTOOxu.Az-ın əməkdaşları bu fiqurların necə hazırlanması ilə yaxından tanış olmaq üçün Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən müəssisədə olublar.
Müəssisədə qızğın iş gedir. Ətrafda nəhəng maketlər düzülüb. Bir tərəfdə səmənin maketi yığılır, digər tərəfdə isə heykəltəraşlar kosa və keçəl fiqurları hazırlayırlar. İşçilərdən biri səməninin ortasına bağlanılan lenti rəngləyir, rəssam yumurtanın nəhəng maketinin üzərini naxışlarla bəzəyir. Atributlar o qədər canlı görünür ki, sanki gerçəkdir. Hamı böyük həvəs və zövqlə çalışır.
Boyu adamı ötən səməni, qucağa yerləşməyən qoğallar: İri atributlar necə hazırlanır? - REPORTAJ + FOTOİşçilər bir neçə günə bütün bu işləri yekunlaşdırmalı olduqlarını deyirlər. Bizimlə söhbət əsnasında da işə ara vermirlər. Müəssisənin sahibi Nahid Eminov da işçilərlə bərabər çalışır.
Boyu adamı ötən səməni, qucağa yerləşməyən qoğallar: İri atributlar necə hazırlanır? - REPORTAJ + FOTOO deyir ki, Novruz atributları təkcə Bakıda istifadə olunmur, bölgələrə də göndərilir. Əlavə edir ki, on ildən çoxdur, bu sahədə fəaliyyət göstərirlər:
"Hazırda on iki işçimiz var: rəssam, heykəltaraş, dizayner və sexin daxilində işləyən ustalardır. Bizdə iş prosesi ardıcıllıqla olur. Maketin dizaynı hazırlanır, dəzgaha göndərilir, kəsim edilir. Sonradan həmin detallardan maket yığılır. Heykəltəraşlıq iş varsa, həmin maket və dekorlar kəsimdən sonra onlara təhvil verilir, yonub, formaya salırlar. Rəssamlarımız boya, naxış işini görürlər".
Nahid Eminovun sözlərinə görə, kövrək materialdan istifadə edirlər, ancaq açıq havada tez xarab olmaması üçün xüsusi prosedurlar icra edirlər:
Boyu adamı ötən səməni, qucağa yerləşməyən qoğallar: İri atributlar necə hazırlanır? - REPORTAJ + FOTO"Materiallar yerli məhsuldur. Maketlər davamlı olsun deyə mütləq hava şəraitinə uyğunlaşdırmağa çalışırıq. Bir atributu iki gün ərzində hazırlayıb müştərilərə təhvil veririk. Tələbat çoxdur, hər kəsi razı salmağa çalışırıq. Düşünürəm ki, rəqibimiz yoxdur. Hər kəs istəyir ki, müəssisəsində bizim hazırladığımız maketlərdən istifadə etsin. Qarabağ bölgəsi üçün də hazırladığımız işlər var".
Ustalarla da söhbətləşirik. Rəssam Məmmədkərim Həsənov Novruz atributlarını hazırlayarkən daha çox nəbati naxışlara üstünlük verdiyini deyir^
Boyu adamı ötən səməni, qucağa yerləşməyən qoğallar: İri atributlar necə hazırlanır? - REPORTAJ + FOTO"Əsasən, həndəsi və nəbati naxışlara üz tuturuq. Xalçaçı rəssam Lətif Kərimovun naxışlarından istifadə edirik. Bəzən Sakit Məmmədov, Səttar Bəhlulzadə, Taleh Salahov kimi dahi rəssamlarımızın yaradıcılığına da müraciət edirik".
Boyu adamı ötən səməni, qucağa yerləşməyən qoğallar: İri atributlar necə hazırlanır? - REPORTAJ + FOTOHeykəltəraş İlkin Hüseynov iş prosesini izah edir:
Boyu adamı ötən səməni, qucağa yerləşməyən qoğallar: İri atributlar necə hazırlanır? - REPORTAJ + FOTO"Birinci kəsim, ikinci yonma, sonuncu mərhələ hamarlamadır. Daha sonra rəssama veririk ki, rəngləsin. Hazırlanma prosesi atributun ölçüsünə görədir. Heyvan və insan fiqurları bir qədər çox vaxt aparır, onların başı və bədənini ayrı-ayrılıqda hazırlayırıq. Məsələn, keçəlin fiqurunu bir günə hazırlamışam".
Boyu adamı ötən səməni, qucağa yerləşməyən qoğallar: İri atributlar necə hazırlanır? - REPORTAJ + FOTODaha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid

Maraqlı       Tarix: 15 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Wolt Market fəaliyyətini genişləndirməklə yanaşı sürət, davamlılıq və əlçatanlıq prinsiplərinə sadiqliyini gücləndirir

"Dark store" formatında fəaliyyət göstərən və sürətlə böyüyən onlayn supermarket şəbəkəsi Wolt Market (WM), keçmiş Nəsimi Bazarı ərazisində yeni mağazasının açılışını elan etməkdən məmnunluq duyur. Bu yeni mağaz

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən ən son xəbər son.xabar valyuta məzənnələri cəbhədən son xəbərlər