Böyük Mərcanlı həsrəti: "Qürurluyuq, ümid edirik ki, tez zamanda torpaqlarımıza qayıdacağıq" - FOTO
Böyük Mərcanlı həsrəti: "Qürurluyuq, ümid edirik ki, tez zamanda torpaqlarımıza qayıdacağıq" - FOTO
"Ümid edirəm ki, tezliklə öz dədə-baba yurdumuza qayıdacağıq"
Bu sözləri Oxu.Az-a Modern.az saytının baş redaktoru Əfqan Qafarlı ötən gün Azərbaycan Ordusunun keçirdiyi əks-hücum nəticəsində işğaldan azad edilən kəndlər barədə təəssüratlarını bölüşərkən deyib.
Azad olunan kəndlər arasında olan Cəbrayılın Böyük Mərcanlı kəndindən olan Ə.Qafarlı hisslərini sözlə ifadə edə bilmir:
"Azərbaycan Ordusu bizi qürurlandırır. Ötən gündən bəri hər kəs kimi mənim də sevincimin həddi-hüdudu yoxdur. Hərbiçilərimiz çox böyük qəhrəmanlıqla bir neçə kəndi işğaldan azad etdi. Mən özüm Böyük Mərcanlı kəndindən olduğum üçün əraziləri çox yaxşı tanıyıram. Böyük Mərcanlı kəndi ilə Cocuq Mərcanlı kəndi arasında Arazboyu ərazilərdə daha iki kənd – Çaxırlı və Mehdili yerləşir.
Ordumuzun keçirdiyi uğurlu əks hücum nəticəsində tək Cəbrayıllıların yox, bütün Azərbaycanın sevincinə səbəb olub. Bu bizim qələbəmizdir. İnsan hisslərini gizlədə bilmir. O torpaqlar bizim dədə-babalarımızın yurdudur. Orada hər birimizin əzizlərinin qəbirləri var. Arzumuz odur ki,tez bir zamanda torpaqlarımıza gedək və o yerləri ziyarət edək".
Könül Cəfərli

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR