Böyük siyasətin uğurları

Böyük siyasətin uğurlarıMəlum olduğu kimi 44 günlük Zəfər müharibəmizin dünya mediasında tirajlanması və bizim qələbəmizin ayrı-ayrı dövlətlərin hərbi mütəxəssisləri tərəfindən araşdırılması düşmənlərimizin havadarlarının ürəyincə olmadı.Bu  mənada  ermənilərin tez-tez təxribatlara əl atması, yenidən nəyəsə nail olma cəhdləri bizim  dediklərimizi birbaşa  sübut edir. Təəssüflər olsun ki, ermənilərə bu məsələdə dəstək olanlar, onları yenidən döyüşə həvəsləndirən xarici qüvvələr də kifayət qədərdir. Bu qüvvələr ermənilərin revanş edəcəklərini məhz hərbi yolla yenidən Azərbaycan torpaqlarını işğal edə biləcəklərini onlara müxtəlif vasitələrlə "həzm" etdirirlər. Məsələnin kriminal tərəflərindən biri də budur ki, erməniləri həvəsləndirməkdə Qarabağın  azad olunmuş ərazilərində yerləşdirilmiş "sülhməramlıların" da rolu heç kimə sirr deyil. Baxmayaraq ki, Rusiya üçtərəfli bəyanatda öz üzərinə böyük bir öhdəlik götürübdü. Və yalnız ölkə prezidentini , eləcə də əlaqədər  qurumların ciddi  reaksiyasından sonra  bu istiqamətdə  müəyyən addımlar  atılır.
Bütün bunlara baxmayaraq, Azərbaycan prezidentinin qətiyyəti və ardıcıl, dinamik, uğurlu, xarici siyasəti təkcə erməniləri deyil, həm də azərbaycanın digər əleyhdarlarının çıxılmaz duruma salmaqla onları reallıqla barışmağa məcbur edir. Bu mənada Brüsseldə keçirilən görüş xüsusi bir əhəmiyyət kəsb edir.
Artıq  hər  kəsə  ovuc ici kimi  bəllidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünyada sülhün, əminamanlığın qorunması, çətin vəziyyətdə olan dövlətlərə və xalqlara kömək əlinin uzadılması, demokratiyaya dəstək verilməsi, insanların xoşbəxtliyi sayəsində gördüyü işlər, həyata keçirdiyi tədbirlər həm dövlətimizin rəhbərinə, həm ölkəmizə, xalqımıza böyük hörmət qazandırmışdır. Təbii ki, bu da Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, diplomatik uğurları ölkəmizin haqq - ədalət uğrunda aparılan mübarizəsinə, inkişafımıza, demokratik bir dövlət kimi tanınmağımıza böyük təkan verir. Brüssel görüşündə əldə edilən nəticələr bu baxımdan xarakterikdir və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş siyasətinin qələbəsi kimi qiymətləndirilməlidir.
Azərbaycan Prezidentinin, Ermənistanın baş nazirinin, Avropa İttifaqı Şurasının Prezidentinin üçtərəfli görüşündə müzakirə olunan məsələlərin bilavasitə ölkəmizin və xalqımızın milli maraqlarına cavab verməsi və xeyrimizə həll olunması indiki dövrdə - hadisələrə ikili standartlardan yanaşıldığı, əksər hallarda haqqın - ədalətin dəstəklənmədiyi, kölgədə qaldığı bir vaxtda diplomatiyamızın yeni uğuru və Prezidentimizin əməli fəaliyyətinin nəticəsidir.
Elə  həmin görüşdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuat üçün bəyanatında səsləndirdiyi fikirlər və qəbul olunmuş sənəddə əks olunan müddəalar bir daha Azərbaycanın irəli sürdüyü beş baza prinsipini özündə əks etdirir və dövlətimizin milli maraqlarına tamamilə uyğundur. Bu Ermənistan - Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara başlanılmasıdır ki, bununla bağlı hər iki ölkənin xarici işlər nazirlərinə təminat verilir. Azərbaycanın ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiya və demarkasiyası, sərhədlərdəki mövcud vəziyyətin qorunması və toxunulmazlığıdır.
Ən diqqət  çəkən məqamlardan biri də artıq  masada olan Sənəddə ATƏT- in Minsk Qrupunun qeyd edilməməsi, Dağlıq Qarabağ ifadəsinin işlədilməməsi, Minsk Qrupunun həmsədr instituna istinad edilməməsidir.Bunun əvəzində isə Azərbaycan və Ermənistan arasında birbaşa danışıqları nəzərdə tutan mexanizm və formatın yaradılmasına üstünlük verilməsi, avtomobil nəqliyyatı kommunikasiyalarının açılmasının zəruriliyinin gündəmə gətirilməsi bir daha deməyə əsas verir ki, Azərbaycan irəli sürdüyü məsələlərin həllinə nail olur və istədiklərini əldə etməkdədir. 
Bütün bunların yekunu olaraq  qeydv etməliyəm ki, bu  görüş həm də,  Azərbaycanın diplomatik sahədə daha bir  uğura  yol açdığını sübut etməkə Binəqədi rayon sakinlərini də  ürəkdən sevindirir.
Aslan Mehdiyev,Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri    

Siyasi       Tarix: 09 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber az son xeber az bu gunun xeberleri haqqinda melumat oxu.az xeberler