Böyük ticarət mərkəzləri və "mall"lar bu qaydalarla işləsin - DEPUTAT

Böyük ticarət mərkəzləri və "mall"lar bu qaydalarla işləsin - DEPUTAT"Əksepidemik tədbirlər konkret epidemiya mənbəyinə fokuslanmalıdır. Bu gün Bakıda əsas epidemik ocaqlar müəyyən edilib söndürülməlidir".
Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclsin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Onun fikrincə, diqqət daha çox marketlərə, apteklərə, metroya və avtobuslara yönəlməlidir:
"Mən bu gün bir neçə market və aptekdə müşahidə apardım. Marketlərin işçilərinin belə bəziləri maska rejiminə əməl etmirlər, ya maskasızdırlar, ya da maskaları çənələrinin altına keçirilmiş vəziyyətdədirlər.
Marketlər daha çox sifariş - evə çatdırılma sistemi ilə işləsələr, maskasız olan müştəriləri dükana buraxmasalar, alıcıları sıxlıq yaratmadan yola salsalar, eyni vaxtda 15-20 nəfərdən çox müştərini içəriyə almasalar, bu məkanda yoluxma riskini minimuma endirmək olar.
Karantin dövründən sonra da vəziyyət tam stabilləşənə qədər bütün bazarlar, böyük alış- veriş mərkəzləri, o cümlədən Sədərək" və " Binə" kimi ticarət mərkəzləri onlayn rejimdə xidmət göstərməlidir.
Apteklər hazırda xəstə və virus daşıyıcısı olan insanların daha çox müraciət etdiyi məkanlardan biridir. Təklif edirəm ki, koronavirus pandemiyası bitənə qədər bütün apteklər satışı onlayn sifariş əsasında evə çatdırma və pəncərədən xidmət şəklində həyata keçirsinlər. Aptek sahəsi kiçik olan qapalı məkan sayıldığından burada maska ilə belə yoluxma təhlükəsi böyükdür.
Bununla yanaşı, evdə müalicə alan COVİD-19 xəstələrinin müalicəsində işlədilən dərmanlar yalnız resept əsasında satılmalıdır ki, defisit yaranmasın, bu xəstələrin dərmanları onlayn sifariş əsasında evlərinə çatdırılsın ki, virus daşıyıcıları aptekə gedərək digər insanları yoluxdurmasın. Yaxşı olar ki, antivirus preparatlar evdə müalicə olunan yüngül xəstələrə də TƏBİB-in vəsaiti hesabına verilsin. Ən azı sosial müdafiəyə ehtiyacı olan ailələrə bu dəstək göstərilsin.
Avtobus və metro vaqonlarına maskasız sərnişin mindirilməməlidir, əgər sərnişin ictimai nəqliyyata mindikdən sonra maska rejimini pozursa, nəzarətçi polis tərəfindən dərhal cərimələnməlidir.
Kənd yerlərində əsas yoluxma mənbələri xeyi-şər mərasimləridir. Qadağalara, maariflənmə işlərinə baxmayaraq, kəndlərdə yenə də yas mərasimləri çoxlu insanların iştirakı ilə keçirilir, gizli keçirilən nişan və toy mərasimləri haqqında da informasiyalar gəlməkdədir. Hesab edirəm ki, Operativ Qərargahın qərarı ilə kəndlərdə kənd icra nümayəndəsi, bələdiyyə sədri və polis sahə müvəkkilindən ibarət nəzarət qrupları yaradılmalı və onlar kəndlərdə mərasimlərin təlimat və qaydalara uyğunluğuna nəzarət etməli və cavabdehlik daşımalıdırlar.
Milli Məclis karantin rejimi qaydalarının pozulmasına, o cümlədən qoruyucu tibbi maskalardan istifadə etməməyə görə cərimələrin artırılması barədə qanun qəbul etdi. Yeni qanun situasiyanı gəyişəcəkmi?
Fikrimcə, kompleks yanaşma tətbiq edə bilsək, uğurlu nəticələr o qədər də uzaqda deyildir".
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 30 iyun 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi


yeni xeberler son xeberler azerbaycan xeberleri krimnal bugun hava haqqinda gunun xeberleri futbol xeberleri