Boyun ağrılarına qarşı 3 faydalı HƏRƏKƏT

Boyun ağrılarına qarşı 3 faydalı HƏRƏKƏTKarantin vaxtı evdən işləməli olursunuz, gün ərzində saatlarla smartfona ya da kompüterə baxırsınız? Bu cür uzun müddət qaldıqda boyun ağrıları yaranır. Hər 5 nəfərdən biri boyun ağrılarından əziyyət çəkir. Yaşlı pasiyentlərdə onurğada daha çox degenerativ dəyişiklik olsa belə, gənc insanlarda ağrılar daha çox əzələlərin disbalansı nəticəsində olur.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu həkim-fizioterapevt, Mərkəzi Gömrük Hospitalının həkimi Səidə Kərimova açıqlayıb. Onun sözlərinə görə, bu, qamət və əzələlənin düzgün işlətməməsinə görə yaranır: "Smartfonu ya da kompüteri işlətdikdə qamətimizə çox vaxt fikir vermirik. Ümumiyyətlə, smartfonla əlaqəli  boyun və kürəkdə olan ağrılar "text neck " sindromu adlanır. Bütün günü başını aşağı əyib smartfona ya monitora baxdıqda boyun onurğası ətrafında əzələlərin yorulmasına və zəifləməsinə səbəb olur. Normada boyun əzələləri mərkəz (neytral) pozisiyada olan başın çəkisini saxlayır. Amma siz başınızı qabağa əyirsinizsə bu çəki 5-6 dəfə artır. Həm də saatlarla elə olur. Bu yüklənməyə əzələlər dözə bilmir, yorulur və zəifləyir. Hər gün bu baş verirsə onurğada xırda  oynaqlar stabilliyi itirə bilər. Arada bu oynaqlar ilişə bilər, əzələni və sinirləri sıxır və üzunmüddətli ağrı yaranır. Siz də bu ağrıların nədən yarandığını bilmirsiniz.
Bu ağrıların qarşısını almaq üçün monitoru göz səviyyəsində saxlamaq lazımdır. Başınızı aşağı və ya da yana əyməyin. Bu Smartfona da aiddir. Həm də smartfonu fasiləsiz işlətməyin.
Boyun ağrıları ilə mübarizədə sadə idmanlar sizə kömək edəcək.
İlk öncə qamətinizi düzəldin, başınızı düz tutun, qulaq və çiyin eyni xəttdə olsun, çiyinlərinizi bir az aşağı və arxaya aparın.
1. Çiyinlərinizi arxa və aşağıya doğru 10 dəfə hərəkət etdirin.  
2. Özünüzü bir qədər qaldırın. Başınızı əks tərəfə çevirin. 15 dəqiqə 3 dəfə təkrarlayın.
3. Bir əlinizi gicgah nahiyyəsinə yerləşdirin. Başınızı əks istiqamətdə çiyin tərəfə aparın, boyun əzələlərdə yüngül gərmə hiss edəcəksiniz. 15 qədər sayın. 3 dəfə təkrarlayın.
Həkim, həmçinin "Yatmağınıza fikir verin. Böyrüstə ya da arxası üstə yatın. Üzü üstə yatmaq onurğaya ziyandır. Çünki o zaman o dəstək almır. Ortopedik boyun balışdan istifadə edə bilərsiz, bu yastıq normal boyun formasına dəstək verir", - deyə bildirib.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 27 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi


yeni xeberler son xeberler azerbaycan xeberleri krimnal bugun hava haqqinda gunun xeberleri futbol xeberleri