Braziliya tələbələri Dağlıq Qarabağ münaqişəsinin tarixi və həll yolları ilə tanış olub - FOTO
Braziliya tələbələri Dağlıq Qarabağ münaqişəsinin tarixi və həll yolları ilə tanış olub - FOTO
Azərbaycan Respublikasının Braziliyadakı səfiri Elxan Poluxov və braziliyalı professor Joao Xavier bu ölkənin ali təhsil ocağı olan UNİNTER Beynəlxalq universitet mərkəzinin, İctimai idarəetmə, siyasət, hüquq və təhlükəsizlik kollecinin, beynəlxalq əlaqələr ixtisası üzrə bakalavr tələbələr üçün "Qafqazın geosiyasəti: Dağlıq Qarabağ münaqişəsi" mövzusunda mühazirə oxuyub.
Azərbaycanın Braziliyadakı səfirliyindən verilən məlumata görə, mühazirə çərçivəsində Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və onun nəticələri, münaqişənin həlli üçün beynəlxalq hüquq bazasının əsasları və aparılan danışıqların formatı, məsələyə aid BMT və digər təşkilatların qəbul etdiyi qərar və qətnamələr, Xocalı soyqırımı, son zamanlar Ermənistan rəhbərliyinin artan aqressiv ritorikası, işğal olunmuş ərazilərdə aparılan qeyri-qanuni məskunlaşma və digər məsələlərə aid iştirakçılara geniş məlumat verilib.
Səfir E.Poluxov 12 iyul tarixində Tovuz regionda baş vermiş döyüşlər, bir sıra ölkə və beynəlxalq təşkilatların o cümlədən Braziliya Konqresi və Senatının üzvlərinin Azərbaycanın haqlı mövqeyinə verdikləri dəstək, ölkə rəhbərliyinin münaqişənin tez bir zamanda həlli üçün qəti mövqeyi barədə danışıb.
Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb.
Joao Xaviyer Braziliyada Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə ixtisaslaşan mütəxəssisdir və sonuncu dəfə 2019-cu ildə XİN Beynəlxalq Yardım Agentliyi (AİDA) vasitəsi ilə Bakıda bir neçə ay ərzində tədqiqatlar aparıb.



Kurslar.az kurslar [newsid: 0-123300]

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."
Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."
Qızıl ucuzlaşdı