Britaniya şirkətinə "Gədəbəy" yatağında hasilatı bərpa etməyə icazə verildi

Britaniya şirkətinə Azərbaycanda qiymətli metalların hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo Asian Mining" şirkəti "Gədəbəy" yatağında fəaliyyətini bərpa etmək üçün hökumətdən razılıq alıb.
KONKRET.azxəbər verir ki, "Anglo Asian Mining"in səhmləri hasilatı bərpasını elan etdikdən dərhal sonra 42 % bahalaşaraq hər səhm üçün 70,93 pens təşkil edib.
Qızıl, mis və gümüş istehsalçısı bildirib ki, "Micon International Ltd" müstəqil konsaltinq şirkəti tərəfindən aparılan ekoloji yoxlama zamanı müəyyən edilmiş tədbirlər əsasında öz fəaliyyətini və prosedurlarını təkmilləşdirmək üçün Azərbaycan hökuməti ilə fəaliyyət planı haqqında protokol imzalayıb. "Əksər maddələr gələn ilin sonuna kimi həyata keçiriləcək və bu, ciddi xərc tələb etməyəcək", – deyə şirkətin açıqlamasında qeyd olunub.
"Anglo Asian Mining" bəyan edib ki, mədən işlərinin dərhal başlaması qızıl filizi və mis konsentratı istehsalını əvvəlki səviyyələrə qaytaracaq. Bununla bağlı mədən şirkəti qızıl ekvivalentində illik hasilat proqnozunu 30-34 min unsiya səviyyəsində saxlayıb.
"Digər işlər mərhələlərlə həyata keçiriləcək. Flotasiya qurğusunun yenidən işə salınması mövcud anbar bəndinin divarının qaldırılmasından təxminən 90 gün sonra gözlənilir, – şirkət bildirir.
Xatırladaq ki, iyul ayının sonunda "Micon" şirkəti ətraf mühitin qorunması və təhlükəsizlik tədbirləri ilə əlaqədar "Gədəbəy" qızıl mədənində yoxlamaya başlayıb.
Sentyabr ayında "Anglo Asian Mining" şirkəti tədqiqat sahəsindəki radiasiya səviyyələrinin təbii fon şəraitinə uyğun gəldiyini, havanın keyfiyyəti ilə bağlı heç bir problem aşkarlanmadığını və tərkibində sianid olan heç bir torpaq nümunəsinin analitik aşkarlama həddini keçmədiyini bildirdi.
Həmçinin şirkət kimyəvi maddələrin daha yaxşı idarə edilməsi və saxlanması, sızma və ya "sianid hadisələri" kimi fövqəladə hallar üçün planların həyata keçirilməsi də daxil olmaqla, təkmilləşdirilməsi lazım olan sahələrin müəyyənləşdirildiyini və alternativ anbarların tikintisi üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanacağını açıqlayıb.
Şirkət həmçinin bəyan edib ki, "Gilar" yatağının işlənməsini sürətləndirir və mövcud flotasiya qurğusunun anbar bəndinin modernləşdirilməsi üzrə işlərin uğurla başa çatdırılmasını təmin etmək üçün hökumətlə əməkdaşlıq edir.
Xatırladaq ki , hazırda "Anglo Asian Mining" "Gədəbəy" və "Qoşa" müqavilə sahələrindən qiymətli metal hasil edir. "Gədəbəy" yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında "Qoşa" müqavilə sahəsinin işlənməsinə başlayıb. Bu il "Vejnəli" və "Gilar" yataqlarından hasilata başlanılması planlaşdırılır.
Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanmışdı və 6 yatağın işlənməsini nəzərdə tuturdu. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo Asian Mining PLC" şirkətinin payı 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.
2022-ci ildə AAM Azərbaycanda 43,114 min unsiya qızıl (2021-ci illə müqayisədə azalma 11,4 %), 182,046 min unsiya gümüş (artım 17,8 %) və 2,516 min ton mis (azalma 5 %) hasil edib. 2022-ci ildə dünya bazarlarında bir unsiyası 1,783 min ABŞ dolları olan 34,918 min unsiya qızıl külçə (azalma 11,7 %) satılıb./Report

Sosial       Tarix: 08 noyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl


azerbaycan xeberleri yeni xeberler son xeberler cebheden xeberler apa.az xeberler son xeberler 2026 bu gunun xeberleri