Britaniya Ukrayna üçün minə yaxın dəniz piyadası HAZIRLADI
"SkyNews" telekanalı yaxın vaxtlarda Britaniya xüsusi təyinatlıları tərəfindən təlim keçmiş min dəniz piyadasının Ukraynaya qayıdacağı barədə məlumat yayıb.
KONKRET.azxəbər verir ki, Ukrayna döyüşçüləri Britaniyadakı təlimləri son dərəcə gərgin adlandırıb.
Mənbələrin məlumatına görə, Britaniyada Ukrayna dəniz piyadaları sahildə reydlər keçirmək üçün hava ilə doldurulan qayıqlardan istifadə edərək təlim keçiblər.
Qeyd olunub ki, yaxın vaxtlarda təlim keçmiş hərbçilər cəbhə xəttinə gedərək Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunda iştirak edəcəklər.
Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Rişi Sunak bu təlim kursunun keçirilməsi barədə daha əvvəl razılığa gəliblər.
"Britaniya Xüsusi Təyinatlı Qüvvələrinin hazırladığı döyüşçülərin çoxu orduda xidmət etməyən mülki könüllülərdir. Onlara yeni nəsil tank əleyhinə silahların və "Stinger" zenit-raket komplekslərinin istifadəsi, eləcə də minaatanların və kəşfiyyat pilotsuz təyyarələrinin idarə edilməsi üzrə təlimlər keçirilib", – Britaniya telekanalının həmsöhbəti deyib.
Ümumilikdə 2022-ci ildən bəri 20 mindən çox ukraynalı hərbçinin Böyük Britaniya silahlı qüvvələrində təlim keçdiyi vurğulanır.
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi