Britaniyadan Fransaya gedən yollarda UZUN TIXAC
Brexiti (Böyük Britaniyanın Avropa İttifaqından ayrılması) gözləyən Britaniya kompaniyalarının Avropa İttifaqı (Aİ) malları almaqda göstərdiyi aktivlik Fransaya gedən yollarda uzun tıxaclara səbəb olub.
Publika.az "The Guardian" qəzetinə istinadla xəbər verir ki, bu gün M20 magistralında yük avtomobillərinin təxminən səkkiz kilometr uzunluğunda növbəsi yaranıb. Bütün nəqliyyat vasitələri Fransaya Avropa tunelindən keçməklə yollanır.
Qəzet yazır ki, Milad bayramı ərəfəsində Britaniya şirkətləri həmişə daha çox mal daşıyıb gətirirlər. Bu il isə Brexit səbəbindən vəziyyət xüsusilə gərginləşib.
2021-ci il yanvarın 1-nə keçən gecə keçid dövrü adlanan müddət sona çatır: Böyük Britaniya Aİ-ni tərk edir və onun üçün Avropa İttifaqı ölkələrinin istifadə etdiyi bütün güzəştlər qüvvədən düşür. Bu, sərhəd üzərindən malların daşınmasına da aiddir.
Hazırda London və Brüssel Brexitdən sonra qarşılıqlı əlaqələrin qaydaları üzərində işləyirlər. Amma hələlik tərəflərin bu məsələdə razılaşma əldə edib-etməyəcəyi bəlli deyil. Buna görə də Britaniya firmaları, nə qədər imkan var, özlərinə lazım olan məhsulların ehtiyatını yaratmağa çalışırlar.
Kurslar.az kurslar [newsid: 0-123300]

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı