Britaniyalı nazirə antiterror tədbirləri barədə məlumat verildi

Britaniyalı nazirə antiterror tədbirləri barədə məlumat verildiSentyabrın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirak məqsədilə Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində Birləşmiş Krallığın Cənubi Asiya, Afrika, BMT, İnsan Hüquqları üzrə dövlət naziri Lord Ahmad ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən KONKRET.az-a bildiriblər ki, Ceyhun Bayramov Azərbaycanın Böyük Britaniya ilə münasibətlərinə xüsusi önəm verdiyini, iki ölkə arasında son vaxtlar siyasi dialoqun intensivləşməsinin iqtisadi, təhsil və digər yeni sahələr üzrə əməkdaşlığın inkişafına təkan olacağını bildirib. Eyni zamanda, britaniyalı həmkarı ilə parlamentlərarası münasibətlərin inkişafı, regional və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıb.
Nazir həmkarını regionda mövcud vəziyyət, Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaradılmış qondarma rejimin hərbi təxribatları nəticəsində yaranmış gərginlik, habelə həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin məqsəd və nəticələri barədə ətraflı məlumatlandırıb.
2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq mövcudluğunu davam etdirən erməni silahlı birləşmələrinə qarşı aparılan antiterror tədbirləri nəticəsində bölgədə sülh və təhlükəsizliyə hədə olan bu silahlı qrupların buraxıldığı və tərk-silah işlərinə başlandığı diqqətə çatdırılıb.
Görülən antiterror tədbirləri çərçivəsində mülki vətəndaşlara heç bir zərərin dəymədiyi, onların təhlükəsizliyinin təmini istiqamətində öncədən bütün lazımi tədbirlərin görüldüyü bildirilib.
Azərbaycanın Qarabağda yaşayan erməni sakinlərinin hüquq, azadlıq və təhlükəsizliyinin Azərbaycan Respublikasının Konstitusiyası, tərəfdar çıxdığı beynəlxalq insan hüquqları mexanizmlərinə uyğun olaraq təmin ediləcəyi vurğulanıb.
C.Bayramov həmsöhbətini Azərbaycanın Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təsis edilməsi ilə bağlı baxışı, bu istiqamətdə atılan praktiki addımlar, habelə Ermənistanla normallaşma gündəliyi və Qarabağda yaşayan erməniəsilli sakinlərin reinteqrasiya prosesi barədə məlumatlandırıb.
Görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında da fikir mübadiləsi aparılıb.

Siyasi       Tarix: 24 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind


yeni xeberler azerbaycan xeberleri son xeberler sou biznes xeberler bu qun sonxeber az metbuat xeberleri