Brüssel görüşü: Azərbaycan diplomatiyada da istədiyinə nail oldu

Brüssel görüşü: Azərbaycan diplomatiyada da istədiyinə nail olduXəbər verdiyimiz kimi, mayın 22-də Brüsseldə Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.
Görüşün nəticəsi olaraq Şarl Mişelin mətbuata bəyanatında qeyd edilir ki, Prezident Əliyev və Baş nazir Paşinyan razılaşıblar ki, Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə planlaşdırılan danışıqların başlanılması kontekstində yerlərdə gərginliyin azaldılması və danışıqlar üçün əlverişli mühitin yaradılması üçün əlavə ciddi addımlar atılmalıdır.
Milli Məclisin deputatı Hikmət Babaoğlu azxeber.com-a açıqlamasında qeyd edib ki, bu görüş mümkün sülh danışıqları prosesinin yeni bir mərhələsi kimi qiymətləndirilə bilər:
"Brüsseldə baş tutan üçtərəfli görüş Azərbaycanla Ermənistan arasında bu vaxta qədər aparılan mümkün sülh danışıqları prosesinin yeni bir mərhələsi kimi qiymətləndirilə bilər. Hər şeydən öncə ona görə ki, Paşinyanın Azərbaycanın irəli sürdüyü beş baza prinsipi çərçivəsində sülh danışıqlarını qəbul etməsi ilə bağlı şifahi və tərddüdlü bəyanatından sonra məhz elə həmin baza prinsipləri əsasında Brüsseldə nəzərəçarpacaq razılaşmalar əldə edildi.
İlk növbədə qeyd etmək lazımdır ki, görüşə damğasını vuran məsələlər təkcə müzakirə edilən məslələr deyil, həm də müzakirə edilməyən məslələr oldu. Məsələn, erməni tərəfinin bütün israrlarına baxmayaraq, heç bir status məsələsi gündəmə daxil edilməmişdi. İkincisi, Azərbaycanın müəyyən etdiyi diplomatik leksikondan kənar heç bir ifadə işlədilmədi.
Sadəcə, Azərbaycanda yaşayan etnik ermənilərin hüquq və təhlükəsizlik məsələlərinə toxunuldu. Bununla da hər iki mövzuda ermənilərin israrla nəyəsə nail olmaq cədlərinə birdəfəlik son qoyuldu".
Brüssel görüşü: Azərbaycan diplomatiyada da istədiyinə nail olduDeputat qeyd edib ki, mümkün sülh prosesi üçün ilk növbədə sərhədlərin qarşılıqlı şəkildə tanınması ən əsas prioritetdir:
"Görünür, yalnız bu həqiqətlər Paşinyan tərəfindən də yeni reallıq kimi dərk edildiyinə görə dərhal bir neçə istiqamət üzrə mövqelərdə birdən-birə yaxınlaşma baş verdi. Bu yaxınlaşmalar ilk növbədə sərhədlərin delimitasiya və demarkasiyası üzrə yaxın günlərdə komissiyaların görüşməsi istiqamətində baş verdi. Aydındır ki, mümkün sülh prosesi üçün ilk növbədə sərhədlərin qarşılıqlı şəkildə tanınması ən əsas prioritetdir.
İkincisi, kommunikasiyaların açılması və iqtisadi əlaqlərin bərpası istiqaməti üzrə baş nazirlərin müavinləri səviyyəsində görüşün olması ilə bağlı razılığın əldə edilməsi vacib məsələdir ki, burada bir çox istiqamətlər kompleks olaraq nəzərdən keçiriləcək. Elə bu blokda ən əsas məsələrdən biri də gömrük qaydalarının müəyyənləşdirilməsi üzrə razılaşmanın əldə edilməsidir. Əslində danışıqların irəliyə doğru getməsinə mane olan əsas məsələlərdən biri bu idi. Çünki bu mövzu Laçın dəhlizi və Zəngəzur dəhlizi üzrə paralellik təşkiletmə baxımından aktual idi".
H.Babaoğlu qeyd edib ki, Brüssel görüşlərinin 3-cü raundunu ən məhsuldar raund kimi qiymətləndirmək mümkündür:"Digər mühüm blok minədək Azərbaycan vətəndaşının taleyi məsələsi idi ki, beş saatlıq görüşdə bu da müzakirə edildi. Xarici işlər nazirlərinin yaxın vaxtlarda görüşməsi ilə bağlı razılaşma humanitar blok idi ki, burada da minaların xəritələrinin verilməsi, erməni terrorçularının qaytarılması və birinci Qarabağ savaşında itikin düşmüş 4 isə ondan xəbər verir ki, mümkün belə görüş artıq yuxarıda dediyimiz mövzularda müəyyən nəticələrin əldə edilməsindən sonra baş tutacaq ki, bu da özlüyündə iyul-avqust aylarında Brüssel formatında yenidən liderlərin görüşü üçün zəmin yarada biləcək. Ona görə də Brüssel görüşlərinin 3-cü raundunu ən məhsuldar raund kimi qiymətləndirmək mümkündür".
 
Aydın Nuri 
Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi" mövzusu üzrə dərc edilib. 
Brüssel görüşü: Azərbaycan diplomatiyada da istədiyinə nail oldu

Siyasi       Tarix: 25 may 2022
f Paylaş

Oxşar xəbərlər

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən pane

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind


son xeberler azerbaycan xeberleri yeni xeberler hava durumu dunya xeberleri cəbhədən son xeber dunyada son xeberler