Brüssel Kiyev və Tbilisini niyə öz yanında görmək istəmir? - İLGİNC SƏBƏBLƏR

Brüssel Kiyev və Tbilisini niyə öz yanında görmək istəmir? - İLGİNC SƏBƏBLƏR"Gürcü Arzusu" partiyasının fəxri sədri Bidzina İvanişvilinin NATO ilə bağlı səsləndirdiyi fikirlər geniş müzakirələrə yol açıb. İvanişvili bildirib ki, NATO Rusiya ilə müharibədən qorxduğu üçün Gürcüstan və Ukraynanı Alyansa qəbul etmək istəmir. Bəs görəsən, onun sözlərində həqiqət varmı? Ümumiyyətlə, Gürcüstan və Ukrayna NATO-Rusiya müharibəsinə görə, Alyansa qəbul edilmir, yoxsa başqa səbəblər mövcuddur?
Mövzunu KONKRET.az-a şərh edən politoloq İlyas Hüseynov bildirib ki, Gürcüstanın Avropa İttifaqına və NATO-ya üzvlük məsələsi bu gün də aktualdır:
Brüssel Kiyev və Tbilisini niyə öz yanında görmək istəmir? - İLGİNC SƏBƏBLƏR"Lakin NATO hərbi-siyasi blokuna üzvlük üçün bir sıra şərtlər var. Bu, hüquqi və demokratikləşmə prosesini özündə ehtiva edir. Digər tərəfdən, həmin dövlətlərin ərazi problemləri olmamalıdır. NATO nizamnaməsinin 5-ci bəndinə uyğun olaraq hər hansı Alyans üzvünə edilən hücum, bütün təşkilat dövlətlərinə qarşı atılan addım kimi dəyərləndirilir. Bu zaman koalisiya qüvvələri birlikdə hərəkət edərək təhlükəni zərərsizləşdirməyə başlayır. Bu, eskalasiya risklərini aktuallaşdırır. Nəzərə alsaq ki, Ukrayna və Gürcüstanın ərazi bütövlüyü pozulub, o zaman həmin ölkələrin NATO-ya qəbul edilməsi mümkün deyil. Çünki belə olan halda NATO-Rusiya müharibəsi qaçılmaz olacaq. Bu baxımdan Kiyev və Tbilisini Brüssel öz yanında görmək istəmir. Verilən vədlər, demokratikləşmə prosesi ilə bağlı ayrılan vaxt, tələblərin icrası ilə bağlı görülən işlər sadəcə prosesi uzatmağa yönəlib. Fundamental olaraq bu iki dövləti NATO-ya üzv qəbul etmək mümkün deyil. Bunu açıq şəkildə ifadə etmirlər və prosesi yalnız uzatmaqla məşğuldurlar. Bu cür ikili standartlar və qərəzlilik ayrı-ayrı dövlətlərə münasibətdə də mövcuddur".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 22 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində


son xeberler azerbaycan xeberleri yeni xeberler futbol xeberleri en son xeberler apa.az xeberler hava proqnozu