"Brussels Morning": Dünyanın ən çox minalanmış bölgəsi olan Qarabağda mülki şəxslər arasında itkilər artır

"Brussels Morning" xəbər portalında "Dünyanın ən çox minalanmış bölgəsi olan Qarabağda mülki şəxslər arasında itkilər artmaqdadır" sərlövhəli məqalə dərc olunub.
Azxeber.com AZƏRTAC-a istinadən xəbər verir ki, müstəqil jurnalist Boyan Stoykovskinin qələmə aldığı məqalədə Qarabağ münaqişəsi başa çatandan sonra hələ də qalmaqda olan minalanmış ərazilər problemi və iyunun 4-də azərbaycanlı jurnalistlərin mina partlayışı nəticəsində həyatlarını itirməsinə diqqət çəkilir. Qeyd edilir ki, Qarabağ dünyada ən çox minalanmış bölgələrdən biri hesab olunur. İyunun 4-də Azərbaycanın Kəlbəcər rayonunda mina partlaması nəticəsində iki azərbaycanlı jurnalist - Məhərrəm İbrahimov və Sirac Abışov, eləcə də yerli icra nümayəndəsi Arif Əliyev həlak olub, digər dörd nəfər isə yaralanıb.
Məqalədə bildirilir ki, təxminən 30 illik erməni işğalından sonra Kəlbəcər və digər ərazilər 44 günlük müharibəsi nəticəsində Azərbaycan tərəfindən azad edilib. Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş razılaşmaya uyğun olaraq, erməni qüvvələri noyabrın 15-dək Kəlbəcəri boşaltmalı idilər. Lakin rəsmi Bakı humanitar səbəblərdən bu müddətin noyabrın 25-dək uzadılmasına razılıq verdi. Bu 10 günlük zaman kəsiyində erməni tərəfinin rayonu kütləvi şəkildə minalayıb.
Yazıda bildirilib ki, erməni silahlı qüvvələri müharibə zamanı döyüş mövqelərini təmin etmək üçün yollardan istifadə edərək geri çəkildikləri ərazilərdə mina basdırıblar. Qeyd olunub ki, Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin irəliləməsini ləngitmək üçün demək hər yerdə minalardan istifadə edib.
Müəllif bu yaxınlarda erməni polkovnik Koryun Qumaşyanın yerli televiziya kanallarına açıqlamasında bir müddət əvvəl Laçın və Kəlbəcər yaxınlığında 17 yük maşını mina yerləşdirdiyini bildirməsini də diqqətdən qaçırmayıb. Qeyd edilir ki, minalar bölgədə yaşayan və öz torpaqlarına geri qayıdacaq insanlar üçün təhlükə yaradır və bölgədəki onsuz da həssas humanitar vəziyyətin daha da pisləşməsinə yol açır. İkinci Qarabağ müharibəsi bitdikdən sonra Ermənistan silahlı qüvvələri tərəfindən boşaldılan ərazilərdə çoxlu sayda insanın həlak olduğu və müxtəlif növ xəsarət aldığı qeyd edilir.
Məqalədə diqqətə çatdırılır ki, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının məlumatına görə Qarabağda minalar səbəbindən 120-dən çox insan həyatını itirib. Lakin son hadisələr bu sayın artması ehtimalını yüksəldir. Qeyd olunur ki, yerli və beynəlxalq qurumlar, dövlət rəsmiləri Ermənistandan mina xəritələrini təqdim etməyi tələb edirlər. Lakin indiyədək erməni tərəfi minalanmış ərazilərin xəritələrini təhvil verməkdən imtina edir, bəziləri isə bu cür xəritələrin olmadığını bildirir və bu, vəziyyəti daha da çətinləşdirir.
Diqqətə çatdırılır ki, ərazilərin minalardan təmizlənməsində Azərbaycanla yanaşı Türkiyə və Rusiya, eləcə də digər ölkələr yaxından iştirak edirlər. Lakin erməni tərəfi mina xəritələrini verməsə, bu proses daha uzun müddət davam edə və bunun üçün yüksək maliyyə vəsaiti lazım ola bilər.
Sonda vurğulanır ki, ərazilərin minalardan təmizlənməsi prosesi ilə yanaşı, Qarabağın uzun illər ermənilər tərəfindən məhv edilmiş infrastrukturunun bərpası da mühüm məsələlərdəndir.
"Brussels Morning

Siyasi       Tarix: 13 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

Trampa İrandan şok: Razılaşmaya imza atdıqdan bir saat sonra

ABŞ Prezidenti Donald Tramp İranın danışıqlardakı qeyri-sabit davranışını sərt tənqid edib. Prezident bildirib ki, Tehran rəhbərliyi ötən gün Vaşinqtonun tələblərini tam şəkildə ehtiva edən və nüvə proqramından imtinanı nəzərd

Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir

Şəhidlərimizin ruhu qarşısında bu gün biz yenə də özümüzə və xalqımıza, dövlətimizə and içməliyik ki, istənilən halda biz öz milli ləyaqətimizi qoruyacağıq. Bundan sonra heç kim heç vaxt bizim xalqımıza zərər vurmayacaq

Şuşa Forumu Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi

IV Şuşa Qlobal Media Forumu növbəti dəfə göstərdi ki, Şuşa artıq təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də qlobal siyasi dialoqun və beynəlxalq media əməkdaşlığının mühüm platformalarından birinə çevrilib. Dünyanı

Pelleqrini İlham Əliyevə xizək hədiyyə etdi

İyulun 14-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüşü olub. xəbər verir ki, görüşdən sonra qarşılıqlı hədiyyələr təqdim olunub

Yunan nəşri: İsrail ermənilərə görə geri çəkildi, Azərbaycan

İsrail hökuməti 1915-ci il hadisələrinin qondarma "erməni soyqırımı" kimi tanınmasına dair təşəbbüsün irəlilədilməsini dayandırıb. xəbər verir ki, Yunanıstanın ProtoThema nəşri bu qərarın Azərbaycanla münasibətlər

Məzuniyyətə çıxmayanların nəzərinə - Həkim xəbərdarlıq etdi

Həddindən artıq işləmək və istirahətə vaxt ayırmamaq təkcə psixoloji deyil, fiziki sağlamlıq üçün də ciddi təhlükə yaradır. Təcili tibbi yardım həkimi və tibbi bloqer Dmitri Molodoy hesab edir ki, işkoliklik bəzi hallard

Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 13-də Azərbaycana rəsmi səfərə gəlib. xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxr

Əhmədinecad Mossad-la əməkdaşlıq iddiası ilə həbs edildi

İranın keçmiş prezidenti Mahmud Əhmədinecad İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat qanadı tərəfindən saxlanılaraq ev dustaqlığına yerləşdirilib. xarici agenltiklərə istinaədn xəbər veir rki, bu barədə Th

Əhmədinejad MOSSAD rəhbəri ilə görüşüb, indi həbsdədir - KİV

İsrail İranın sabiq prezidenti Mahmud Əhmədinejadı yenidən hakimiyyətə gətirməyi planlaşdırıb, lakin plan baş tutmayıb. KONKRET.azapa-ya istinadla xəbər verir ki, bu barədə "Nyu York Tayms"da dərc olunan yazıd


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xeberler cəbhədən video krimnal xeber sonxabar az