BŞBPİ İqbal Ağazadənin evinə basqın edən şəxslə bağlı məlumat yaydı
BŞBPİ İqbal Ağazadənin evinə basqın edən şəxslə bağlı məlumat yaydı
Bakı Şəhər BPİ Cinayət Axtarış İdarəsi, Xətai RPİ və 37-ci Polis Şöbəsi əməkdaşları tərəfindən İqbal Ağazadənin yaşadığı ünvanın elektirik naqilinə müdaxilə edən şəxs ətrafında müvafiq tədbirlər keçirilib.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, noyabrın 26-da saat 00:42 radələrində Bakı şəhəri Xətai rayonunda İ.Ağazadənin yaşadığı evin elektrik naqili kəsilib:
"İ.Ağazadə elektrik naqilini kəsən 1986-cı il təvəllüdlü, Xətai rayonu, Həzi Aslanov küçəsində yaşayan Pestryakov Vladislav Yuryeviçi özü və digər şəxslərlə izləyib saxlayaraq, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə təhvil veriblər.
İ.Ağazadəyə qarşı təxribat edilməsi və digər halların tam və hərtərəfli araşdırılması zamanı müəyən edilib ki, V.Pestryakov 2013-cü ildən Ruhi-Əsəb xəstəxanasında daimi qeydiyyatdadır.
Şəxs ilkin izahatında bildirib ki, İ.Ağazadənin yaşadığı ev əvvəllər onun tanıdığı şəxsə məxsus olub və sonradan satılıb, başqa şəxsin orada yaşaması onu narahat edir".
E.Hacıyev qeyd edib ki, faktla bağlı Xətai RPİ 37-ci Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.
Qeyd edək ki, İ.Ağazadə evinə basqın edilməsi ilə bağlı sosial şəbəkədə məlumat yayıb.
İlhamə Əbülfət /oxu.az

İrandan ABŞ-yə sərt xəbərdarlıq: Hörmüz boğazına müdaxiləyə icazə verməyəcəyik
"Qarabağ"ın 8-ci transferi - Cebrail Makreçkis
İlham Əliyev Lukaşenkonu təbrik etdi
Uzun müddətdir yoxa çıxan SEPAH lideri aylar sonra belə görüntüləndi - FOTO
Şəmkirdə ağıq qəza - Ölən və xəsarət alan var
Yasamalda partlayışda həlak olan Zəhranın FOTOSU
Minik avtomobili yük maşınına çırpılıb - 3 nəfər xəsarət alıb
Dəhşətli PROQNOZ: İran bu faciəyə hazırlaşır - QƏBİRLƏR QAZILDI
Məşhur azərbaycanlı sənətşünas İrada Berq vəfat etdi
Azərbaycan cüdoçuları vətənə doqquz medalla döndülər - FOTO
Braziliya Norveçə qarşı
Niklas Züle futbola qayıdır: 9-cu liqada çıxış edəcək
Sürücülük vəsiqəsi almaq istəyənlərə şad xəbər: Bundan sonra
Fatih Terim azərbaycanlı müğənni ilə bir arada — FOTOLAR