BŞTİ müdiri "Zəfər tarixi" muzeyi ilə tanış oldu - FOTO

BŞTİ müdiri "Zəfər tarixi" muzeyi ilə tanış oldu - FOTOBŞTİ müdiri "Zəfər tarixi" muzeyi ilə tanış oldu - FOTO
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva paytaxtdakı 192 nömrəli tam orta məktəbdə yaradılan "Zəfər tarixi" muzeyi ilə tanış olub.
İdarə müdirinə muzeyin yaradılması təşəbbüsü və ideyası, muzeyin ərsəyə gəlməsində məktəb-valideyn, müəllim-şagird əməkdaşlığının xüsusi rolunun olduğu haqqında məlumat verilib.
M.Vəliyeva Vətən müharibəsində qazanılmış qələbəmizi və qəhrəman ordumuzun zəfər yolunu şagirdlərə hərtərəfli təqdim etmək üçün məktəbdə yaradılan "Zəfər tarixi" muzeyindəki ekspozisiyalarla yaxından tanış olub. Belə bir muzeyin təşkilinin məktəbdəki yaradıcı mühitdən və təşəbbüskarlıqdan xəbər verdiyini bildirib.
BŞTİ müdiri Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin və rəşadətli əsgərlərimizin qətiyyəti sayəsində torpaqlarımızın düşmən işğalından azad edilməsinin ölkəmizin həyatında yeni mərhələnin və inkişaf dövrünün əsasını qoyduğunu söyləyib.
M.Vəliyeva şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, vətənin bütövlüyü uğrunda canından keçmiş Azərbaycanın igid oğullarının xatirəsini əbədiləşdirmək üçün belə təşəbbüslərin əhəmiyyətini vurğulayıb. Məktəb-valideyn, müəllim-şagird əməkdaşlığının məktəbin tədris mühitinə olduqca müsbət təsir göstərdiyini qeyd edən idarə müdiri bu istiqamətdə atılan addımların zəruriliyindən danışıb.
Muzeydə Azərbaycanın Milli Qəhrəmanları, şəhid təhsil işçiləri, ermənilərin təcavüzü nəticəsində həlak olan məktəblilər haqqında stendlər və tariximizin ayrı-ayrı dövrləri ilə bağlı eksponatlar yer alır.
Həmçinin muzeydə "Biz qalib gəldik!", "Qarabağ Azərbaycandır!", "Şəhid qanı axmayan torpaqdan Vətən olmaz!", "Rəşadətli Azərbaycan ordusu", "Şəhidlər ölməz, vətən bölünməz!", "Vətən müharibəsi qəhrəmanları", "Dəmir yumruq birliyimizdir!" mövzularında stendlər nümayiş olunur. Muzeydə şagirdlərin əl işləri olan "Şuşa" və "Xudafərin körpüsü" maketləri, eyni zamanda xalqımızın milli adət-ənənələrini əks etdirən müxtəlif növ sənətkarlıq nümunələri xüsusi maraq doğurur.
Qeyd edək ki, muzeyin yaradılmasında əsas məqsəd şanlı döyüş tariximizdə torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin qəhrəmanlıq salnaməsi ilə daha yaxından tanış olmaq və gələcəyimiz olan şagirdlərin vətənpərvər ruhda formalaşdırılması işinə təkan verməkdən ibarətdir.
Onu da qeyd edək ki, məktəbdə "Nizami Gəncəvi İli" ilə bağlı "Nizami Gəncəvi 880" guşəsi də yaradılıb. Guşənin yaradılmasında əsas məqsəd Prezident İlham Əliyevin 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsi barədə imzaladığı Sərəncamdan irəli gələn tələblərin icrası, şagirdlərə dahi Nizami Gəncəvi irsinin daha dərindən aşılanmasından ibarətdir.
Bundan əlavə, məktəbdə Azərbaycan xalq nağıllarının personajlarından ibarət ekspozisiyalar nümayiş olunur. Həmçinin məktəbdə fizika-riyaziyyat-kimya fənlərinin inteqrativ istiqamətdə tədrisi məqsədilə zəruri işlər görülüb, stendlər, əyani vasitələr, "Açıq dərs"lərin keçirilməsi üçün şərait yaradılıb.
192 nömrəli tam orta məktəbin direktoru Təhmasib Məmiyev təhsil sahəsində səmərəli fəaliyyəti və sağlam məktəb mühitinin formalaşmasındakı rolu nəzərə alınaraq BŞTİ-nin fəxri fərmanı ilə təltif edilib. /oxu.az

Sosial       Tarix: 15 mart 2021
f Paylaş

Oxşar xəbərlər

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxeber.az son xeberler az maşın realiti şou xabarlar