BSU-nun rektoru şöbə müdirinin pulları mənimsədiyini təsdiqlədi: "140 min manat zərər dəyib"

BSU-nun rektoru şöbə müdirinin pulları mənimsədiyini təsdiqlədi: "140 min manat zərər dəyib"Bakı Slavyan Universitetinin (BSU) rektoru Nurlana Əliyeva ali təhsil müəssisəninin Qiyabi və əlavə təhsil şöbəsinin müdiri Dürdanə Əliyevanın tələbələrin təhsil haqqını mənimsəməsinə münasibət bildirib.
Open.az-ın məlumatına görə, bununla bağlı "Report"a açıqlama verən rektor bildirib ki, D.Əliyeva 2020-ci ilin noyabr ayının 20-də öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib.
"Payız semestrinin imtahan sessiyanın başlanması ilə əlaqədar onun vəzifəsini müvəqqəti icra edən şəxs tələbələrə sessiya müddəti, dərs cədvəli, təhsil haqqının ödənilməsi və s. barədə məlumat verərkən, məlum olub ki, təhsil haqqını şöbə müdiri özü tərəfindən keçirəcəyi adı ilə qeyri-qanuni olaraq tələbələrdən şəxsən yığıb, lakin büdcəyə ödəməyib. Halbuki maliyyə əməliyyatlarının aparılması üçün universitetin inzibati binasının I mərtəbəsində "Kapital Bank" tərəfindən müvafiq elektron qurğu – ödəmə terminalı yerləşdirilib.
Bu məsələ ilə bağlı Qiyabi və əlavə təhsil şöbəsində təhsil ödənişləri vəziyyətinin araşdırılması məqsədilə komissiya yaradılıb. Komissiya tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, pandemiya ilə əlaqədar yaranmış vəziyyətdən sui-istifadə edərək D.Əliyeva tələbələrdən təhsil haqlarını ya öz bank hesabına keçirilməsi vasitəsilə əldə edib və ya onlarla müxtəlif yerlərdə görüşüb həmin vəsaiti yığaraq mənimsəyib.
Yaradılmış komissiya tərəfindən araşdırma zamanı bu vəsaitin təxminən 140 min AZN miqdarında olduğu müəyyənləşdirilib.
Məsələyə tam aydınlıq gətirmək məqsədilə, Qiyabi və əlavə təhsil şöbəsinin sabiq müdiri D.Əliyeva universitetə dəvət edilib və ondan izahat tələb olunub. D.Əliyeva şifahi izahatında tələbələri aldadaraq onlardan müxtəlif məbləğdə vəsait yığdığını etiraf edib.
Komissiya üzvləri ona sözü gedən vəsaitin ən qısa müddətdə universitetin büdcəsinə qaytarılmasının zəruriliyini bildirmişlər. Lakin D.Əliyevanın mənimsədiyi vəsaitin göstərilən müddət ərzində qaytaracağına söz verməsinə baxmağaraq, əməl etməmiş, növbəti dəfə dəvət olunarkən universitetə gəlməkdən imtina etmiş, komissiya üzvlərini şantaj etmiş, daha sonra zənglərə cavab verməmiş, yaşadığı mənzildən çıxaraq naməlum ünvana köçmüşdür.
Son günlərdə məlum olmuşdur ki, D.Əliyeva müxtəlif işlər düzəltmək məqsədilə (Diplomun tanınması, Milli Məclisdə işə düzəltmək, məktəbə, uşaq bağçasına direktor vəzifəsinə düzəltmək, ev alqı-satqısı və s.) universitetə aid olmayan digər şəxsləri də aldadaraq külli miqdarda vəsait mənimsəmişdir.
Bu məsələ ilə bağlı məlumat Azərbaycan Respublikası Təhsil Nazirliyinə çatdırılmış, inzibati orqanlara bildirilmişdir.
Onun 0,5 ştat müəllim kimi fəaliyyət göstərməsi məsələsi universitetin Həmkarlar İttifaqı Komitəsi tərəfindən müzakirə olunaraq müəllim adına yaraşmayan, mənəvi cəhətdən qüsurlu hərəkətlərinə görə müəllimlik fəaliyyətinə də xitam verilmişdir", rektor bildirib.

Hadisə       Tarix: 30 yanvar 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı

Dağıstanın Sulak qəsəbəsi yaxınlığında, Xəzər dənizində batan ikinci balıqçının cəsədi dörd günlük axtarışlardan sonra tapılıb. xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb

43 yaşlı qadın boğularaq öldürüldü: qohumu saxlanıldı

Siyəzən rayonunda 43 yaşlı qadın boğularaq öldürülüb. KONKRET.azxəbər verir ki, Siyəzən rayonunun Böyük Həmyə kənd sakini, 45 yaşlı Naqil Səmədağa oğlu Ağamalıyev qohumu, 43 yaşlı Xəyalə Muradağa qızı Ağamalıyevanı Siyəzə

Bakı məktəbində faciə: 7-ci sinif şagirdi…

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.  bildirir ki, -ın əldə etdiyi məlumata görə, məktəbin 7-ci sinif şagirdi olan qız pəncərədən yıxılıb. Hadisə nəticəsində şagird həyatın

Xaçmazda ağır qəza: ölən var

Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb. xəbər verir ki, Rahim Rasim oğlu Nəsirovun idarə etdiyi "Şevrolet Kruz" markalı avtomobillə piyada Məhərrəm Şirnəli oğlu Baxışovu vurub. Nəticədə piyada hadisə yerind

İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü

İsveçrədə azərbaycanlı gənc bədbəxt hadisə nəticəsində ölüb. KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bern şəhərində baş verib. 1984-cü il təvəllüdlü Məhəmməd Aslanov hamamda elektrik cərəyanı vurması nəticəsind

Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi

Rumıniya sahilləri yaxınlığında göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu gəminin vurulması zamanı azərbaycanlıların hamısı xilas edilib. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsini

Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Sərvər Bədəlbəyli küçəsində qeydə alınıb. Belə ki, BMV, iki "Toyota"

Xalidə Gözəl vəfat etdi

Əməkdar artist Xalidə Gözəl (Əhmədova) vəfat edib. xəbər verir ki, bu haqda məlumatı aparıcı Elgiz Əkbər yayıb. O bildirib ki, diktor bu gün dünyasını dəyişib. Allah rəhmət eləsin!

Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi

Paytaxtın Xətai rayonunda kafelərin birində "Ceyhun Sabunçu" ləqəbi ilə tanınan Ceyhun Mirağayevin ölümü ilə nəticələnən kütləvi davanın iştirakçıları hakim qarşısına çıxarılıb. -ınəldə etdiyi məlumata görə, ölüml


son xeberler azerbaycan xeberleri yeni xeberler qurban bayrami 2026 krimnal bugun son xəbərlər hava proqnozu