"Bu, Azərbaycanın əlini gücləndirir" – Bölgədə müharibə ehtimalına beynəlxalq prizmadan BAXIŞ

Ermənistanın Azərbaycanla sərhəddə topladığı silah və canlı qüvvə regionda müharibə riskini artırır. Bölgədə sabitliyi pozmaqda maraqlı olan Ermənistan bununla da sülh müqaviləsinin bağlanmasının qarşısını almağa çalışır. Eyni zamanda, özünü sığortalayan Nikol Paşinyan guya bölgədə Azərbaycanın müharibəyə hazırlaşmasıyla bağlı görüntü yaratmaq üçün müxtəlif ölkələrin dövlət və hökumət başçılarına zəng edərək, Ermənistanı gözləyən "təhlükə" barədə haray-həşir salıb.
Mövzunu KONKRET.az-a şərh edən politoloq İlyas Hüseynov bildirib ki, Paşinyan bununla diqqəti üzərindən yayındırmaq niyyətindədir:
"Vətən müharibəsi dövründə olduğu kimi, Paşinyan yalvarır, ağız açır. Emmanuel Makron, Entoni Blinken, İbrahim Rəisi, İrakli Qaribaşvili ilə telefon danışığında Azərbaycanı günahlandırdı. Eskalasiya riskləri haqqında məlumat verdi, amma vəziyyəti gərginləşdirən elə rəsmi İrəvan özüdür.
Biz mütəmadi olaraq sosial şəbəkə seqmentində görürük ki, Ermənistan şərti sərhədə qüvvələr cəlb edir və xüsusilə ağır texnika gətirilir. Bu da, əlbəttə, müharibə ehtimalını gücləndirir. Hərbi-siyasi təxribatlar da bir-birini əvəz edir. TIR şousundan sonra Fransa rəsmilərinin və Paris merinin regiona səfəri, onun ardınca Qarabağda qondarma prezident seçkiləri, həmin seçkilərin güc mərkəzləri tərəfindən qəbul edilməməsi əlbəttə ki, beynəlxalq hüquq prizmasından dünyada gedən transformasiyalarla bağlıdır. Ərazi bütövlüyü və suverenlik bu gün şərtdirsə, Azərbaycan da bunu tələb edir və bunun tərəfindədir".
Politoloqun fikrincə, dövlətlərin Qarabağdakı yalançı seçkiləri tanımaması çox müsbət haldır:
"Bu həm də Azərbaycanın əlini gücləndirir. Beynəlxalq hüquq prizmasından bütün üstünlük Azərbaycanın tərəfindədir. Təkcə onu demək kifayətdir ki, Azərbaycan BMT-nin nizamnaməsinin 51-ci maddəsindən istifadə edərək özünümüdafiə hüququnu işə sala bilər. Bu da əks-hücum əməliyyatları, terrorçuların yuvalarının dağıdılması, zərərsizləşdirilməsi və bütün Azərbaycan ərazisində suverenliyin bərqərar olunmasına zəmin yaradacaqdır.
Qarabağda qondarma seçkilər həm də Ermənistanın özü üçün sonun başlanğıcı ola bilər və bunun göstəricisidir ki, İrəvan artıq seçkilərin nəticələrini tanımaqla bağlı mesaj da verməyib. Burada iki ehtimal var. Birincisi, əgər İrəvan seçkilərin nəticəsini tanımağa dair bir sıra mesajlar verərsə, bu, Paşinyanın ərazi bütövlüyü və suverenliklə bağlı verdiyi bəyanatları geri götürmək anlamını verir. Digər tərəfdən, danışıqları sıfırlayır. Elə bunun özü müharibəyə başlamaq üçün əsas ola bilər.
İkincisi isə yeni gələn qüvvə, Arutyunyanı əvəz edən şəxs artıq Ermənistanın hazırkı elitasını təmsil etmir və radikal, aqressiv, separatçı "miatsum" düşüncəsindədir. Buna görə də İrəvandan hansısa fikirləri müşahidə etmirik. İstənilən halda vəziyyət siyasi sahədə də, geopolitik müstəvidə də çox gərgindir. Ümid edirik ki, bu gərginliyin fonunda bizim milli maraqlarımız təmin olunacaq".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 12 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c


son xeberler azerbaycan xeberleri yeni xeberler meherremlik 2026 sonxəbər bu gune olan xeberler xeberler bu qun