Bu baş verərsə, Kreml  ABŞ-ın şəhərlərini kiçik nüvə başlıqları ilə VURACAQ - Politoloq

Bu baş verərsə, Kreml  ABŞ-ın şəhərlərini kiçik nüvə başlıqları ilə VURACAQ - PolitoloqRusiyanın Ukraynada apardığı işğalçı müharibə iki aydan çoxdur ki, davam edir. İndiyə kimi hər iki tərəf çoxsaylı itki versə də, müharibənin qalib və məğlub tərəfləri hələlik müəyyənləşməyib. Proses uzandıqca digər dövlətlər də öz maraqları naminə məsələyə müdaxilə etməyə çalışır. Belə ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Adam Kinzinqer Rusiyanın kütləvi qırğın silahlarından istifadə edəcəyi halda Ukraynanın müdafiəsi üçün ABŞ hərbi qüvvələrinin istifadəsinə icazə verən qətnamə layihəsi təqdim edib. Əgər təşəbbüs təsdiq olunarsa, ABŞ Prezidentinə Rusiyanın Ukraynaya qarşı kimyəvi, bioloji və ya nüvə silahlarından istifadə etməsi ssenarisinə cavab vermək üçün ABŞ Silahlı Qüvvələrindən istifadə etmək səlahiyyəti verəcək.
Maraqlıdır, ABŞ hərbçiləri Ukraynadakı döyüşlərə qatılacaqmı? Bu baş verərsə, dünyanı hansı təhlükələr gözləyir?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Cümşüd Nuriyev cavablandırıb. O bildirib ki, bu ssenari real görünmür:
"Ukraynada ABŞ-dan olan hərbi təlimçilər var və bu  fakt heç kimə sirr deyil. ABŞ hərbçiləri Ukraynaya döyüşməyə getməyəcək. Onlar hərbi təlimçilərdir. Çünki ABŞ-dan alınan hərbi texnikanı ukraynalı hərbçilər idarə edə bilmir. NATO-nun nizamnaməsinə görə, təşkilata üzv olan dövlətlər belə məsələlərə müdaxilə edə bilməz.  İndiyə kimi Müdafiə Nazirindən tutmuş ABŞ-ın ən yüksək çinli məmurları Ukraynaya səfər edib. Yəni, Ukraynaya gəlməyən bircə prezident Co Bayden qalıb. Çünki Ağ Evin müharibə ilə bağlı öz maraqları var. Amma hərbçilərin müharibədə döyüşəcəyi inandırıcı deyil. Ukrayna Rusiya ilə  informasiya müharibəsini də uğurla aparır. Ukrayna kəşfiyyat idarələri Kremli  qorxutmaq üçün belə məlumatları qəsdlə yayırlar. Yəni yayılan belə məlumatlar informasiya savaşının bir hissəsidir. 2003-ci ildən sonra ABŞ hərbi əməliyyatlarda iştirak etmir. 19 ildən sonra Ağ Ev rəhbərliyinin fikrini dəyişəcəyi real deyil".
Bu baş verərsə, Kreml  ABŞ-ın şəhərlərini kiçik nüvə başlıqları ilə VURACAQ - PolitoloqPolitoloq qeyd edib ki, Baydenin hərbçiləri döyüşlərə qatılarsa Rusiya bunu cavabsız qoymayacaq:
"Lakin əgər proqnozlar özünü doğrultmazsa və ən pis ssenari baş tutarsa, ciddi problemlər yaranacaq. Yəni ABŞ hərbçiləri Ukraynada döyüşlərə qatılarsa Rusiya bunu cavabsız qoymayacaq. Yəqin ki, Kreml  ABŞ-ın 7-8 şəhərini kiçik nüvə başlıqları ilə vuracaq. Çünki Rusiyanın hərbi strukturları Putinin əmrinə hazırdır. Rus hərbçiləri istənilən vaxt istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Putinin kifayət qədər problemi var. Ona görə də Kreml rəhbəri ABŞ-ı öz ərazisindən yox, hansısa Avropa ölkəsindən vura bilər. Burada qurbanlıq ölkə isə yəqin ki, Polşa olacaq".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Siyasi       Tarix: 02 may 2022
f Paylaş

Oxşar xəbərlər

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa


yeni xeberler azerbaycan xeberleri son xeberler oxu.az xeberler cəbhədən şad xəbər futbol xeberleri azerbaycan son xeber bugun