"Bu COP-dan sonra ikinci ən böyük tədbirdir" - Azərbaycan ev sahibliyi edəcək
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciəti zamanı bildirib ki, ölkəmiz gələn ay Ümumdünya Şəhərsalma Forumu 13-cü sessiyasına ev sahibliyi edəcək. Prezident vurğulayıb ki, genişmiqyaslı yenidənqurma və dayanıqlı şəhərsalma sahəsində əldə olunan təcrübə sessiyada beynəlxalq ictimaiyyətlə paylaşılacaq, eyni zamanda qabaqcıl qlobal yanaşmalar öyrəniləcək.
Milli Məclisin deputatı Vüqar Bayramov azxeber.com-a açıqlamasında bildirib ki, bu forum Azərbaycan üçün öz təcrübəsini bölüşmək baxımından vacibdir:
"Ümumdünya Şəhərsalma Forumu iştirakçı səviyyəsinə görə dünyada COP-dan sonra ikinci ən böyük tədbirdir. Dünyanın əksər ölkələrindən həmin forumda iştirakla bağlı nümayəndə heyətləri ölkəmizə gələcək. Azərbaycan üçün öz təcrübəsini bölüşmək baxımından vacibdir. Azərbaycan şəhərsalmada müasir standartları tətbiq edən ölkələrdəndir və xüsusən də Qarabağ və Şərqi Zəngəzurda bu istiqamətdə standartların tətbiqini həyata keçirir. Bu, Azərbaycana şəhərsalmada istifadə olunan yanaşmaları və öz standartlarını təqdim etməyə imkan verəcək".
Parlamentari qeyd edib ki, forum bir növ qlobal təcrübələrin paylaşılması anlamına gəlir:
"Forum bir növ qlobal təcrübələrin təqdim edilməsi və paylaşılması anlamına gəlir. Çünki kifayət qədər aparıcı qurumlar və təşkilatlar bu tədbirdə iştirak edəcək. Onlar da öz təcrübələrini təqdim etmək imkanı qazanacaqlar".
O deyib ki, forum Azərbaycanın iqtisadiyyatdakı potensialının daha yaxından təqdim edilməsinə imkan yaradacaq:
"Bu forumun keçirilməsi həm də Azərbaycanın potensialının daha yaxından təqdim edilməsinə imkan verəcək. Ona görə kifayət qədər böyük bir tədbirdir. Belə tədbirlərin keçirilməsi ciddi hazırlıq tələb edir. Azərbaycan praktik olaraq bu hazırlığı çox uğurla reallaşdırır və mövcud standartlar və infrastruktur bu cür böyük tədbirin keçirilməsinə imkan yaradır. Ona görə də ölkəmiz üçün, ölkənin imkanlarının təqdim edilməsi baxımından faydalı bir forumdur. Azərbaycanın yalnız şəhərsalmada deyil, ümumiyyətlə iqtisadiyyatdakı potensialının daha yaxından təqdim edilməsinə imkan verəcək".
Şahanə Ziyad
Turlar.az [newsid: 0-123300]

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK