Bu dərmanlar da sığorta hesabına veriləcək

Bu dərmanlar da sığorta hesabına veriləcək"Ambulator müalicə üçün dərmanlar icbari tibbi sığorta paketinə daxil ediləcək".
azxeber.com Xəzər TV-yə istinadən bildirir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib. Sədr qeyd edib ki, ambulator dərman vasitələrinin təminatına gələn ilin 6 ayı üzrə 40 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
O qeyd edib ki, "Tibbi sığorta haqqında" qanun Milli Məclisdə 3-cü oxunuşdan keçib. Bu o deməkdir ki, ambulator müalicədə dərman təminatına ilin ikinci yarısı başlanılacaq.
Zaur Əliyev həmçinin Xidmətlər Zərfinin çeşidinin artırılması məsələsinə də toxunub. O bildirib ki, gələn il üçün icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinin çeşidinin artırılması planlaşdırılır. Onun sözlərinə görə, siyahıda beyin və boyun anevrizmalarının endovaskulyar üsullarla aradan qaldırılması, Endovaskulyar lazer ablasiya, İntraabdominal venoz şuntlama və arteriovenoz fistulaların ləğvi, baş beyin biopsiyaları və kəllə sümüklərinə metal lövhələrin yerləşdirilməsi, sidik ifrazat sistemi və digər sahələrdə ventrikulyar şuntların tətbiqi və dəyişdirilməsi, gözün arxa kamerasından implantasiya materiallarının çıxarılması nəzərdə tutulur.
Zaur Əliyev həmçinin onkoloji xəstəliklərin diaqnostikada istifadə edilən Pozitron emissiya tomoqrafiyası xərclərinin Xidmətlər Zərfinə əlavə edilə biləcəyini diqqətə çatdırıb.
O qeyd edib ki, icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərə edilən müraciətlərin sayı ötən illə müqayisədə 9% artaraq 22 milyonu keçib.

Sosial       Tarix: 18 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son vəziyyət cəbhədən yeni xəbərlər xabar az en sonxeber