Bu dövlətlər Ukrayna üçün birləşdi: Birinci xanımların Rusiyaya verdiyi mesajın PƏRDƏARXASI
Analitiklər Kral III Çarlzın həyat yoldaşının göy, Melaniya Trampın isə sarı paltar geyinməsini Ukraynaya dəstək jesti kimi dəyərləndiriblər. Maraqlıdır, bu cür simvolik mesajlar beynəlxalq siyasətdə real təsir gücünə malikdirmi?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Elçin Xalidbəyli bildirib ki, qlobal siyasət məkanında bəzən simvolik mesajlardan istifadə olunur:
"ABŞ Ukraynanı dəstəkləməyə məcbur olan dövlətlərin siyahısına daxildir. Böyük Britaniya isə Rusiyaya qarşı ən sərt və radikal mövqedə dayanan ölkələrdən biridir. Bu baxımdan, hər iki ölkəni təmsil edən xanımlar üzərindən müəyyən qlobal simvolik mesaj verilməsi mümkündür. ABŞ, Böyük Britaniyanın Ukraynaya dəstək verdiyini yaxşı bilir və ona görə də, yaxın mövqedən çıxış etməyə məcburdur".
Politoloq qeyd edib ki, əgər hər iki dövlət Ukraynaya dəstək məsələsində yeni addımlar atmaq niyyətində ortaq mövqeyə gəlsə, bu cür simvolik mesajların da müəyyən dərəcədə əhəmiyyəti olacaq.
Müşviq Tofiqoğlu
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib