""Bu forum Azərbaycan jurnalistləri üçün "yol xəritəsi' olacaq" - Hacıbəy Heydərli

D-8 Media Forumunun ölkəmizdə keçirilməsi Azərbaycanın bu sahəyə yüksək diqqət və qayğı göstərdiyinin bariz  nümunəsidir
"D-8 Media Forumunun Azərbaycanda keçirilməsi böyük əhəmiyyətə malikdir. Azərbaycan bu günə qədər bir çox yerli və beynəlxalq tədbirin uğurlu təşkilatçısı kimi dünyada tanınıb. D-8 kimi mühüm quruma üzv ölkələrin media forumunun ölkəmizdə baş tutması Azərbaycanın həm də media sferasında ortaq layihələr həyata keçirməkdə maraqlı olduğunun göstəricisidir". 
Bu fikirləri "Azərbaycan" qəzetinə Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "azxeber.com" informasiya portalının baş redaktoru Hacıbəy Heydərli deyib. O bildirib ki, D-8-ə üzv olan ölkələrin 1,2 milyard nəfərə yaxın əhalisi var və dünyanın geniş coğrafiyasını birləşdirən təşkilatdır. Eyni zamanda qlobal çağırışlarla bağlı media forumunun keçirilməsi göstərir ki, Azərbaycan digər sahələrdə olduğu kimi, bu sahədə də dünyada baş verən qlobal dəyişikliklərə önəm verir. Prezident İlham Əliyevin forum iştirakçılarına ünvanladığı müraciətində qeyd etdiyi istiqamətlər çox vacibdir. "Xüsusən dezinformasiyaya qarşı  mübarizə, feyk nyuslar, dipfeyk tipli məlumatların yayımlanması, bundan başqa, süni intellektlə bağlı ortaq layihənin həyata keçirilməsi günümüzdə mühüm əhəmiyyətə malikdir. Bu baxımdan forumun ölkəmizdə keçirilməsi Azərbaycanın yalnız iqtisadi, enerji, siyasi deyil, həmçinin media sahəsində təşkilata üzv ölkələrlə ortaq layihələrdə maraqlı olduğunun bariz göstəricisidir", - deyə o əlavə edib.
H.Heydərli qeyd edib ki, forumun panellərində dünyada media ilə bağlı məsələlərin müzakirəsi onu göstərir ki, Azərbaycan növbəti mərhələlərdə D-8-ə üzv ölkələrlə həm də media sahəsində əməkdaşlığı gücləndirəcək. Azərbaycan jurnalistləri üçün də bu forum bir "yol xəritəsi" olacaq. Təşkilata üzv ölkələrin bu sahədə fəaliyyət göstərən media qurumları ilə əlaqələrin qurulması çox önəmlidir. Sosial mediada gündən-günə artan dezinformasiyaların, saxta videoların qarşısının alınmasında həmin ölkələrin təcrübəsindən də istifadə etmək olar. Əslində, forum çərçivəsində həyata keçirilən "workshop"lar da buna istiqamətlənib. Azərbaycan jurnalistləri bu kimi istiqamətlərdə daha fəal şəkildə iş görə bilərlər.
Baş redaktor deyib ki, D-8 Media Forumunda qarşıya qoyulan əsas məqsəd üzv ölkələrin hər birində doğru, qərəzsiz, obyektiv məlumatların cəmiyyətə çatdırılması, eyni zamanda bu ölkələrin dezinformasiyaya qarşı birgə mübarizəsi prioritet istiqamətlərdir. 
H.Heydərli düşünür ki, Azərbaycan jurnalistləri bu sahədə təcrübələrini də üzv ölkələrin nümayəndələri ilə bölüşəcəklər: "Növbəti mərhələlərdə qlobal dəyişiklik fonunda Azərbaycanın da bu prosesə töhfə verdiyinin şahidi olacağıq. Əslində, ilk media forumunun ölkəmizdə keçirilməsi Azərbaycanın bu sahəyə nə qədər diqqət və qayğı göstərdiyinin bariz  nümunəsidir. Hazırda qlobal media mühiti sürətli transformasiya dövrü yaşayır. İnformasiyanın istehsalı və yayılması sahəsində texnologiyanın inkişafı imkanlarla yanaşı, risklər də formalaşdırır. Prezident İlham Əliyevin ünvanladığı müraciətdə də əsas risklər önə çəkilib".
O vurğulayıb ki, son illərdə yayılan yalan məlumatlar, saxta xəbərlər, dipfeyk texnologiyaları və süni intellektdən sui-istifadə halları dünyada ciddi narahatlıq doğurur. Bu proseslər ölkələrin imicinə, daxili ictimai-siyasi sabitliyinə və beynəlxalq münasibətlərdə etimad mühitinə mənfi təsir göstərir. Nəticə etibarilə informasiya məkanında qeyri-müəyyənlik artır, cəmiyyət arasında çaşqınlıq yaranır, bütövlükdə qlobal təhlükəsizlik mühiti zəifləyir. Məhz buna görə də D-8 Media Forumunun qarşısında duran əsas vəzifələrdən biri doğru, qərəzsiz, məsuliyyətli informasiya mühitinin formalaşmasıdır.
H.Heydərli qeyd edib ki, üzv ölkələrin media qurumları arasında etibarlı əməkdaşlığın gücləndirilməsi dezinformasiyaya qarşı birgə mübarizənin ən effektiv yollarından biridir: "Bu əməkdaşlıq həm regionda, həm də qlobal səviyyədə daha sabit və şəffaf media ekosisteminin qurulmasına mühüm töhfə verə bilər. Növbəti illərdə forumun, verilən qərarların əhəmiyyətini üzv ölkələrin cəmiyyətlərinin fəaliyyətində aydın şəkildə görəcəyik. Bundan sonra digər üzv ölkələrdə keçirilən media forumlarında Azərbaycan jurnalistlərinin, media nümayəndələrinin də iştirakı gözlənilir".

Siyasi       Tarix: 22 noyabr 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal bugun en sonxeber kriminal son xeber.az