Bu gün aprelin biridir...

Bu gün aprelin biridir...Bu gün aprelin biridir...
Kubra Məhərrəmova yazır...
Bu gün aprelin biridir! Adətən, zarafat günü kimi qeyd olunurdu bütün dünyada. Bu gün isə zarafat edən yoxdur. İtaliyada matəm elan olunub, İspaniya koronavirusla çarpışır,  ABŞ-da COVID-19-a yoluxanların sayı durmadan artır. Azərbaycanda isə vəziyyət hələ ki, belədir: 4518 nəfər karantindədir, 35.000 nəfər test olunub, 328 nəfər müalicə alır, 26 nəfər sağalıb, 5 nəfər isə vəfat edib.
Bu gün aprelin biridir! Yenə də axmaq adamlar sosial şəbəkələrdə təhsilin sentyabrın 15-dək təxirə salınması ilə bağlı yalan xəbərlər yaydı. Yəni hansı beyinin daşıyıcısı olmalısan ki, belə xəbər yayasan, ay axmaq, ay səy adam!
Bu gün aprelin biridir! Bu gün Azərbaycanda daha 61 nəfərin koronavirusa yoluxma faktı qeydə alınıb. Amma hələ də qonşuda xəstə axtaranlar bu xəbərləri oxuyub lağ edirlər. Fala-falçıya, cadu-pitiyə inanır, amma virusa – xəstəliyə inanmır. Qəribə məxluqdurlar.
Bu gün aprelin biridir! Çində ötən gün 36 şəxsdə koronavirus aşkarlanıb. Bu isə yoluxma halının yenidən çoxalması deməkdir.
Bu gün aprelin biridir! Ölkələr sərhədlərini bağlayıb, təyyarələr uçmur, qatarlar hərəkət etmir. Dünyanın ən müqəddəs məkanları - Məkkədə Kəbə, Romada Müqəddəs Pyotr meydanı bağlıdır. Milanın, Parisin, Madridin küçələri bomboşdur. Bütün dünya virusa qarşı mübarizə aparır. Bizimkilər isə dama çıxır nərd vurmağa. Özü də kollektiv surətdə. Arvad-uşaqla, qohum-qonşu ilə bir yerdə. Samovar qoyub, çay dəmləyərək. İnsanlar hələ də karantinin istirahət günləri ilə fərqini anlamır. Amma "masonlar"ı tanıyır. Axı bütün baş verənlər onların işidir. 
Bu gün aprelin biridir. Metro bağlanıb. Xeyli sayda iş yerləri bağlanıb. Amma işə gedənlərdən savayı, küçələrdə yenə adam görürük. Hara gedir bu insanlar, hara gedir? Polis onları saxlayır, cərimə yazır. İnsanlar isə qarğış edir.
Bu gün aprelin biridir. İnsanımız hələ də baş verənlərin ciddiliyini anlaya bilmir, ya da anlamaq istəmir. Elə hey "mən acam, neyləyim bəs?" deyir. Bacım-qardaşım, bax dövlət pul da ayırıb sənin üçün, kompensasiya da verəcək, çörək də, qaz-işığın pulunda da güzəşt edəcək. Hələ paralel olaraq, xəstələri, həkimləri, polisləri də düşünür. İndi deyəcəksən ki, "dövlətin borcudur, etməlidir!"
Yaxşı, bəs sənin heç borcun yoxdur? İndiyə kimi günəmuzd işləyib, hansı vergini ödəmisən? Hansı işin qulpundan tutub, cəmiyyətə xeyir vermisən? Özündən başqa kimi düşünmüsən? 
Sən deyilmisən "baqaj"da Bakıya keçmək istəyən, sən deyilmisən "təcili tibbi yardım" maşınında karantin zamanı o yan-bu yana yol ölçən? Heç olmasa, indi otur evdə, özünü, yaxınını düşün. 
Bu gün aprelin biridir! Bu gün Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqına bir daha çağırış etdi. Bu müraciətdə bir daha xalqımızı səfərbər olmağa çağırdı. Bütün problemlərin tədricən həll olunacağını bir daha vurğuladı. Xalqa bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət etdi.
Xahiş etdi ki, növbəti 20 gün ərzində hami evdə qalsın, vacib zərurət olmadan evlərimizi tərk etməyək! /oxu.az

Sosial       Tarix: 01 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı

Bakıda bəzi ərazilərdə həyata keçirilən infrastruktur və şəhərsalma layihələri həmin ərazilərdə mənzil qiymətlərinə və investisiya cəlbediciliyinə təsir göstərə bilər. Nəqliyyat imkanlarının genişlənməsi, yeni yolların v

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN


yeni xeberler azerbaycan xeberleri son xeberler maşın realiti şou ən son xeberler son xəbərlər bugün 2026 en son xeberler bu gun