"Bu gün Azərbaycan ən güclü və ən uğurlu dövrünü yaşayır

Azərbaycan dövlətçiliyi uzun tarixi inkişaf yoluna malikdir. Tarix boyu dövlətimiz, xalqımız dövlətçilik ənənələrinin qorunması istiqamətində çıxış edib. Hazırda da dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar milli-mənəvi baxımdan Azərbaycandan uzaq deyillər. Xalqın, millətin dövlətçiliyi, milli-mənəvi varlığı hər zaman üstün tutması Azərbaycanın bu cəhətdən fərqlənməsinə səbəb olub. Müstəqilliyimizin bərpa edilməsindən 30 ili geridə qalıb, heç şübhəsiz ki, bu rəqəm sonsuzadək artacaq.
"1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmaq imkanı qazanmış, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə özünün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dünyaya bəyan etmişdir".
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il Müstəqilliyin bərpasının 30-cu ildönümü münasibətilə Azərbaycan xalqına müraciət edərkən deyib. Prezident qeyd edib ki, Azərbaycan müstəqilliyinin ilk illərində çoxsaylı təhlükələrlə üzləşmiş, ağır sınaqlardan keçmişdir:
"Daxili çəkişmələr, dövlət idarəçiliyindəki özbaşınalıq və səriştəsizlik, ağır siyasi və iqtisadi böhran ölkəni vətəndaş müharibəsi astanasına gətirmiş, onun gələcək taleyini sual altına qoymuşdu. Məhz bu şəraitdə Azərbaycan torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalmış, yüz minlərlə soydaşımız öz dədə-baba yurdlarından didərgin düşmüşdür. Baş verənlər bir daha göstərmişdir ki, həqiqi müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir.
Azərbaycan tarixinin bu ağır dönəmində Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdı. Yalnız bundan sonra müstəqilliyin yenidən itirilməsi təhlükəsinin qarşısı alındı. Qısa müddətdə ölkəmizin müstəqil daxili və xarici siyasət strategiyasının təməl prinsipləri müəyyən olundu, ictimai-siyasi sabitlik, dövlət intizamı təmin edildi, demokratik islahatların həyata keçirilməsinə və ordu quruculuğu prosesinə başlanıldı. Azərbaycan gələcək taleyi baxımından həlledici rola malik "Əsrin müqaviləsi"ndə iştirakı ilə dünyanın enerji xəritəsində xüsusi mövqe qazandı, qlobal iqtisadi mühitə inteqrasiya proseslərinə qoşularaq gələcək müvəffəqiyyətlərinə yol açan cəsarətli addımlar atdı".
Prezident həmçinin vurğuladı ki, ölkəmizin daha da güclənməsi üçün görülən fasiləsiz işlərin məntiqi nəticəsi isə tarixi ədalətin bərqərar olması oldu:
"Uzun illər ərzində Azərbaycanın hərtərəfli inkişafı üçün rəhbər tutulan strateji xəttin, ölkəmizin daha da güclənməsi üçün görülən fasiləsiz işlərin məntiqi nəticəsi isə tarixi ədalətin bərqərar olması – Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi olmuşdur. Rəşadətli ordumuz döyüş meydanında həqiqi qəhrəmanlıq və vətənpərvərlik nümayiş etdirərək cəmi 44 gündə torpaqlarımızı işğaldan qurtarmışdır. Azərbaycan xalqının apardığı Vətən müharibəsi Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələnmişdir. Azərbaycanın Vətən müharibəsindəki Zəfəri regionumuzda yeni reallıqlar yaratmışdır. Tarixi Qələbəmiz həm ölkəmizin, həm də bütövlükdə regionun inkişafında yeni dövrün başlanğıcıdır".
Müstəqilliyimizin hazırki illəri hər bir Azərbaycanlı üçün daha qürurlu, daha məğrur keçir. Çünki Azərbaycan tarixi ədaləti bərpa etməklə 30 illik həsrətə son qoydu. Erməni qəsbkarlarının qovulması ilə artıq torpaqlarımız rahat nəfəs alır.
Milli Məclisin deputatı Vüqar İsgəndərov azxeber.com-a açıqlamasında qeyd edib ki, Azərbaycan dövlət kimi çox ağır dövrlərdən keçib:
"Azərbaycan bir dövlət kimi bir çox keşməkeşli dövrlərdən keçib. Ən ağır dövrlər əsrin əvvəlində müstəqillik qazanmağımız, sonra 23 aydan sonra onu itirməyimiz və daha sonra əsarətdə olmağımız, 90-cı illərdə isə müstəqilliyimizi yenidən bərpa etməyimiz, qısa vaxt ərzində isə az qala itirmək təhlükəsi ilə üzləşməyimiz oldu. Dövlət olaraq çox ağır mərhələdən keçdik. O dövrdə hakimiyyətdə təcrübəsiz insanların olması qısa vaxtda ölkənin işğala məruz qalması, bunlar hər biri Azərbaycanın dövlət kimi mövcudluğunu şübhə altına alırdı. Çox böyük problemlər baş qaldırmışdı. Bu zaman da təbii ki, Azərbaycanın böyük oğlu Heydər Əliyevin xalqın tələbi ilə Azərbaycanda hakimiyyətə gəlməsi Azərbaycanı bu ağır bəlalardan qurtarmış oldu. Biz müstəqilliyimizi bərpa etdikdən sonra həmin dövrdən – Ulu Öndərin hakimiyyəti dövründən düşünülmüş və uğurlu siyasət nəticəsində artıq bir dövlət kimi möhkəmlənməyə başladıq. Düzgün özüllər üzərində qurulmuş Azərbaycanı Cənab İlham Əliyev yeni mərhələdə günün və zamanın tələblərinə uyğun, yeni çağırışlara cavab verən, qətiyyətli siyasətlə ölkəni dünyanın ən güclü dövlətlərdən birinə çevrilməsi üçün çox böyük addımlar atdı".
Deputat onu da vurğulayıb ki, Azərbaycanın çətin dövrlərdən keçməsi dövlətimiz üçün bir təcrübə oldu:
"Bu gün Azərbaycan mövcudluğun ən güclü və uğurlu dövrünü yaşayır. Xalqımız da bunu qiymətləndirir. Bu gün Azərbaycan xalqının mütləq əksəriyyəti ölkə başçısının hərtərəfli, uğurlu siyasətini dəstəkləyir. 30 il ərzində Azərbaycan bu çətinliklərdən keçsə də, çox vacib təcrübələr də toplamış oldu. Xalq olaraq öz dəyərimizi bildik. Dünyada aparıcı dövlətlərin, xalqların ölkəmiz üçün uğurlu olanını tətbiq etməyə başladıq. Ən əsası da Cənab İlham Əliyev çox mahir siyasətçi kimi dünya miqyasında tanınan siyasətçi imicini qazandı. Bu da bizim xalq olaraq sərvətimiz hesab edilməlidir. 44 günlük Vətən Müharibəsi isə bizə bütün bunların hər birinin zirvəsini yaşatmış oldu. Bu gün Azərbaycan xalqı qürurlu, müzəffər xalqdır. Azərbaycan gənci dişi ilə, dırnağı ilə Vətən sevgisini bütün dünyaya göstərdi. Bütün bunlar həm də uzun illər bu sahədə görülmüş olan işlərin nəticəsi idi. Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Bu, BMT-dən sonra dünyada ikinci böyük siyasi platformadır. 120 ölkənin xahişi ilə Azərbaycanın sədrlik müddəti bir il də artırılır. Bu, bizim ölkəmizə olan inam, etibarın və Cənab Prezidentin sədr kimi uğurlu fəaliyyətinin bariz göstəricisidir".
Milli Məclisin deputatı Hikmət Babaoğlu isə azxeber.com-a açıqlamasında qeyd edib ki, əsl müstəqillik odur ki, məhz müstəqil siyasət apara biləsən:
"May ayının 27-də Zəngilana səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən böyük quruculuq işlərindən danışaraq bu sırada Ağalı kəndində "Ağıllı kənd" layihəsinin açılşında bir sıra mühüm məsələlərə kompleks şəkildə toxundu. Hər şeydən öncə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə başlayan müstəqillik günü ilə bağlı fikirlərini bildirərək onu hazırki reallıqlarla əlaqələndirdi. Qeyd etdi ki, əsl müstəqillik odur ki, məhz müstəqil siyasət apara biləsən. Azərbaycan isə özünün əsl müstəqilliyinə yalnız xalqın istəyi ilə böyük dövlət xadimi Heydər Əlliyev hakimiyyətə gəldikdən sonra qovuşdu. Doğrudan da, əldə etdiyimiz tarixi zəfərin qiymətləndirilməsi zamanı keçdiyimiz yola baxarkən bir daha qəti əmin omaq olur ki, bu tarixi zəfərə yalnız müstəqil siyasət həyata keçirməklə nail olmaq mümkün ola bilərdi. Tarixi təcrübə və siyasi keçmişimizdə elə acı nümunələr var ki, onlar məhz müstəqil milli siyasi iradənin nümayiş etdirilə bilməməsi səbəbindən başımıza gəlib. 1918-ci ildə tarixi torpaqlarımız olan Qərbi Azərbaycanın, İrəvanın,1920-ci ildə Qərbi Zəngəzurun Ermənistana verilməsi hər nə qədər tarixi proseslərlə bağlı idisə, bir o qədər də həmin şərtlər içərisində müstəqil siyasətin olmaması ilə bağlı idi".
Deputat həmçinin vurğulayıb ki, Azərbaycan öz ərazi btövlüyünü bərpa edib və azad edilmiş torpaqlarımıza böyük qayıdış başlayıb:
"Hazırda Azərbaycan öz ərazi btövlüyünü bərpa edib, azad edilmiş torpaqlarımıza böyük qayıdış başlayıb. 10 min kvadrat kilometrdən çox ərazi nəhəng tikinti, yol nəqliyyat və enerji kommunikasiyası meydançasına çevirilib. Azərbaycanın irəli sürdüyü 5 baza prinsipi əsasında regionumuzun sülh gündəmi müəyyən edilib, Qərbi Zəngəzur dəhlizinin açılması ilə bağlı razılıq əldə ounub, Şuşa regionun və türk dünyasının mədəniyyət mərkəzlərindən birinə çevirilməkdədir. Bütün azad edilmiş şəhər və rayonlarımıza yollar çəkilir. Ermənistan mövcud olduğu tarixdən bu günə qədər heç vaxt yaşamadığı məğlubiyyətə məhkum edilib. Azərbaycana qarşı ən müxtəlif iddialardan geri çəkilməyə məcbur edilib. Bütün bunların isə hərbi-siyasi və diplomatik memarı müzəffər ali baş komandanımız İlham Əliyevdir".
Aydın Nuri
Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili – Azərbaycan dövlətçiliyi müasir mərhələdə" mövzusu üzrə dərc edilmişdir.

Siyasi     Baxılıb: 373   Tarix: 16 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

Zelenskidən İstanbul görüşü ilə bağlı AÇIQLAMA: "İstərdik ki..."

"Hamımız istərdik ki, prezident Tramp Türkiyədəki görüşdə iştirak etsin". xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski 15 mayda İstanbulda Rusiya ilə keçiriləcək mümkün görüş barədə danışıb və ABŞ-ın sabi

Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir

Azərbaycan və Vyetnam tarixi dostluq, tərəfdaşlıq münasibətlərinə malikdir. İki ölkə əsas sektorlarda praqmatik yanaşma və ümumi maraqlara əsaslanan davamlı və qarşılıqlı faydalı əlaqələr qurur. Azərbaycan Respublikasını

PKK-nın özünü ləğvetmə qərarı: Üç nəticə xüsusilə önəmlidir

PKK-nın rəsmən özünü ləğv etməsini Türkiyənin 40 ildən artıqdır davam edən terror probleminin həlli istiqamətində sonun başlanğıcı mərhələsinə keçid kimi qiymətləndirmək olar. Burada üç nəticə xüsusilə önəmlidir.  xəbər veri

Trampdan Putinə MƏSLƏHƏT: "Türkiyədəki danışıq təklifini..."

Tramp: "Ukrayna Putinin Türkiyədəki danışıqlar təklifini dərhal qəbul etməlidir". ABŞ-ın sabiq prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında mümkün atəşkəslə bağlı danışıqlara dair növbəti bəyanatla çıxış edib

Mişel Obama boşanacağını bir daha təkzib etdi

ABŞ-ın keçmiş prezidenti Barak Obama boşanma şayiələrini təkzib edəndən sonra həyat yoldaşı Mişel Obamaya Analar Günü mesajı təqdim edib. -a istinadən xəbər verir ki, "Bütün gözəl anaların Analar Günü mübarək, -dey

Tramp prezident kimi ilk xarici səfərinə başlayır - Bu ölkəyə gedir

ABŞ Prezidenti Donald Tramp 13–16 may tarixlərində Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfər edəcək. Bu, Trampın 2025-ci ildə prezident postuna qayıtdıqdan sonra ilk xarici səfəri olacaq. xəbə

Ceyhun Bayramov və BƏƏ-nin XİN başçısı arasında telefon danışığı baş tutub

11 may 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı aparılıb. xəbə

Türkiyə və Rusiya XİN rəhbərləri arasında telefon danışığı olub

Türkiyənin xarici işlər naziri Hakan Fidanla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub. KONKRET.azxəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Tərəflər Rusiya ilə Ukrayna arasınd

Kreml bunu nəzərdən keçirəcək – Peskovdan açıqlama

Kreml 30 günlük atəşkəs təklifini nəzərdən keçirəcək. KONKRET.azxəbər verir ki, Rusiya Federasiyası ABŞ və Avropa ölkələrinin Rusiya və Ukrayna arasında 30 günlük atəşkəs təklifi ilə bağlı mövqeyini dəyərləndirir. Kremli


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbər az bugun xeberler futbol xeberleri xeber.az son xeberler