Bu gün Azərbaycan xalqı qürur, şərəf dolu tarixi günlər yaşayır

Bu gün Azərbaycan xalqı qürur, şərəf dolu tarixi günlər yaşayır15 oktyabr 2003-cü il Azərbaycanın tarixində yeni bir səhifə açıldı, yeni bir yol başladı. Bu yolla Azərbaycanda Ulu Öndər H.Əliyevin siyasəti davam etdirildi. Bu kursa səs verən xalqımız Ümumilli Liderə sevgisini, inamını bir daha sübut etdi. 1 oktyabr 2003-cü ildə Ulu Öndər Heydər Əliyev xalqa müraciətində demişdi: "Üzümü Sizə-həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". 
Prezident İlham Əliyev ölkə iqtsadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələr həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya idman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkaşafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi.
Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı kimi çox böyük tarixi hadisə baş verdi. Asiyanı Avropa ilə birləşdirəcək dəmir yolu xəttinin, Azərbaycan neftini birbaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələrin icrasına nail olundu.
Azərbaycan siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində bütün sahələr öz inkişafını tapıb. 
Cənab prezidentimiz yüksək intellektual səviyyəli ictimai dövlət xadimi və şəxsiyyətdir. Bu intellektual səviyyəni o, dövlət idarəçiliyinin bütün sahələrinə çox səriştə ilə tətbiq etməyi bacarır. 
Cənab Prezidentimiz bütün səmimiyyəti ilə qeyd edir ki, "Mən istəyirəm hər bir insan yaxşı yaşasın, uşaqlar yaxşı məktəblərdə oxusunlar, müəllimlər yaxşı məktəblərdə dərs desinlər". 
Müstəqil Azərbaycan Respublikasının hərtərəfli inkişafının son 20 illik tarixi bilavasitə Azərbaycan Respublikasının Prezidenti, hazırda dünya siyasi liderləri sırasında intellektual potensialına görə xüsusi ilə fərqlənən, müasir imicli siyasi xadim kimi böyük nüfuza malik olan cənab İlham Əliyevin adı ilə bağlıdır. 
Ölkə başçısı möhtərəm İlham Əliyev cənablatının birbaşa ideya müəllifi olduğu bir sıra sosial-iqtisadi mahiyyətli Dövlət Proqramlarının qəbul edilməsi və onların icrası bu istiqamətdə atılmış strateji addımlardır. Son 20 il ərzində bu yöndə respublikamızın həyatında qlobal mahiyyət kəsb edən 10-dək dövlət proqramı qəbul edilmiş və çox böyük uğurla  reallaşdırılmışdır. İlham Əliyev cənablarının rəhbərliyi altında Azərbaycan böyük və şərəfli yol keçmişdir. Prezidentin təbirincə desək, ölkəmiz bütün sahələr üzrə möhtəşəm uğurlara imza atmışdır. Azərbaycanın beynəlxalq nüfuzu daha da yüksəlmiş, aparılan siyasi – iqtisadi islahatlar isə dünya birliyi tərəfindən layiqincə qiymətləndirilmişdir. 
Bu günlər Azərbaycan xalqı qürur, şərəf dolu tarixi günlər yaşayır. 30 illik münaqişə 44 günə öz həllini tapdı. Azərbaycan Silahlı qüvələrinin həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağdakı Ermənistan hərbi birləşmələri təslim oldu, qondarma qurum özünü buraxdığını elan etdi. Qarabağın hər yerində Xankəndində, Ağdərədə, Xocalıda, Xocavənddə üç rəngli bayrağımız dalğalandı. 
Xalqımız Azərbaycanın suverenliyini, konstitusiya quruluşunu bərpa etməsinin sevincini, qürurunu yaşayır. 
Möhtərəm Prezident söylədiyi kimi Azərbaycanın bu qələbəsi, ərazilərimizdə separatizmə son qoyulması beynəlxalq hüquq və ədalətin təntənəsidir. 
Təyyubə Hüseynova
Saray qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru, 
Əməkdar müəllim / azxeber.com

Siyasi       Tarix: 14 oktyabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler bugun 2026 azerbaycan cəbhədən son görüntülər ən son xeberler cəbhədən şad xəbər