"Bu gün beynəlxalq maliyyə qurumları bizimlə əməkdaşlıq edib borc vermək istəyirlər" — Maliyyə Nazirliyi

Bu gün Azərbaycana borc vermək istəyən bir çox beynəlxalq maliyyə qurumu və kreditor mövcuddur.
KONKRET.az xəbər verir ki, bunu Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulov deyib.
"Onlar bizim qapımızı döyür, onlar bizimlə əməkdaşlıq edib borc vermək istəyirlər. Məsələn, Avropa İttifaqı iki maliyyə qurumu vasitəsi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa İnvestisiya Bankı vasitəsi ilə artıq 2 milyard avroluq portfel-kredit xətti ayırıb. Bu vəsaitlər postmüharibə dövründə bərpa üçün nəzərdə tutulub və onları qarşılıqlı razılaşdırılmış layihələrə ayrımaq niyyətləri var", – A. Mursaqulov qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti, bununla yanaşı, Dünya Bankı və Asiya İnkişaf Bankı ilə əməkdaşlıq edir, onların artıq ekspert səviyyəsində işğaldan azad edilmiş ərazilərə səfərləri də olub, qiymətləndirmələri də olub: "Hal-hazırda biz onlarla danışıqlar mərhələsindəyik. Onların konkret hansı layihələr üzrə vəsait ayıracaqları müəyyənləşdirilir. Yenə qeyd edim ki, onların özlərinin marağındadır ki, bizə kredit ayırsınlar.
Bundan başqa, bizim beynəlxalq maliyyə bazarlarında 3 valyutada fərqli-fərqli dövrlər üçün buraxılan istiqrazlarımız da var. Biz agentlik olaraq mütəmadi şəkildə bu istiqrazların sahibi olan investorlarla görüşlər keçiririk. Onları ölkədə aparılan islahatlar, statistik göstəricilər barədə məlumatlandırırıq.
Biz də hər verilən təklifi qiymətləndiririk, ancaq bizim öz strategiyamız var. Bizim də borcumuz ondan ibarətdir ki, hər verilən təklifi qiymətləndirək – bizim ilk növbədə strateji məqsədlərimizə uyğun gəlib-gəlmədiyini, seçim meyarlarımızdan keçib-keçmədiyini və bütün bunları qiymətləndirəndən sonra seçim edirik".

Sosial       Tarix: 16 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberlər sonxəbər ən son xəbərlər kriminal xeberler