Bu gün Füzulinin yeni siması göz oxşayır

Bu gün Füzulinin yeni siması göz oxşayırFüzuli rayonunun böyük hissəsi və Füzuli şəhəri 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. 
Ümummilli Lider Heydər Əliyevin əmri ilə qazanılmış ilk Qələbə 5 yanvar 1994-cü ildə olmuşdu. Həmin vaxt Azərbaycan Silahlı Qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. 
Düşmən demək olar ki, durmadan təxribata əl atırdı. Dinc əhalini atəşə tutur, infrastruktura, kənd təsərrüfatına, yaşayış evlərinə ziyan vururdu. Sülh danışığına getmək istəməyən Ermənistan heç nəyə məhəl qoymadan öz çirkin niyyətindən əl çəkmirdi. Yeni ərazilər ələ keçirməyə çalışırdı. 
Ermənistanın təxribatına cavab olaraq Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən Müharibəsi nəticəsində işğal altında olan  Füzuli şəhəri də daxil olmaqla 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Füzuli əməliyyatı ən önəmli əməliyyatlardan biri olmuşdur. Burada aparılan döyüşlər Vətən Müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Belə düşünülürdü ki, Füzulini azad etmək  üçün aylarla vaxt lazım olacaq. Lakin qəhrəman Azərbaycan Ordusunun qarşısında erməni silahlı birləşmələri tab gətirə bilmədi. Onlar silahlarını atıb qaçdılar. Azərbaycan Ordusu, qəhrəman Azərbaycan əsgəri ermənilərin özləri, öz orduları haqqında illərlə yaratdıqları mifi bir neçə gün ərzində darmadağın etdi.
17 oktyabr 2020-ci il tarixində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cüvarlı kəndləri və Füzuli şəhəri Q Müzəffər Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan tam azad edildi. 
17 oktyabr tarixi cənab Ali Baş Komandanımız tərəfindən "Füzuli  şəhəri günü" elan edildi.
Digər işğaldan azad edilmiş rayonlarımız kimi Füzulidə də genişmiqaslı quruculuq işləri gedir. Bu gün Füzulinin yeni siması göz oxşayır. Burada yaşayış üçün hər bir şərait yaradılıb. 
Füzulidə birinci şəhərsalma layihəsi icra edilir və şəhər tamamilə yenidən qurulur. 
Fuzuli, eləcə də digər ərazilərimiz işğaldan azad ediləndən sonra bu rayonlara ilk dəfə xarici jurnalistlər, beynəlxalq müşahidəçilər gəldilər və onlar ermənilərin vandallıqlarını, vəhşiliklərini öz gözləri ilə gördülər. Onu da qeyd edim ki, 30 illik işğal dövründə etnik təmizləmə aparan ermənilər bu ərazilərə heç kimi buraxmamışdılar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Füzuli azad olunanda bir salamat bina olmadı ki, Bayrağımızı qaldıraq. İnsanlara zülm etmək, onlara işgəncə vermək, Azərbaycan xalqına qarşı etnik təmizləmə aparmaq – rəsmi İrəvanın siyasəti bunlardan ibarət olub. 
Azərbaycan və erməni xalqı həmişə yanbayan yaşayıb. Onlar bizim çörəyimizi yeyiblər, bizim hesabımıza onlar üçün şəhərlər, kəndlər qurulmuşdu və infrastruktur yaradılmışdır. Sovet dövründə bütün bu işlərin hamısı Azərbaycan büdcəsi hesabına görülmüşdür".
Çənab İlham Əliyev eyni zamanda onu da qeyd edib ki: "Biz heç vaxt işğalı, əzab-əziyyəti unutmamalıyıq. Gənc nəsil də bunu bilməlidir. Bu gün məktəbdə oxuyan uşaqlar da bunu bilməlidir. Bilməlidir ki, bizim xalqımız hansı çətin sınaqlardan çıxıb, əyilməyib, sınmayıb, özünə inanıb, ordusuna inanıb".
İşğaldan azad olunmuş ərazilərimizə Böyük qayıdış başlayıb. Çox sevindirici haldır ki, insanlar 30 illik həsrətdən sonra sevinclə öz doğma yurlarına qədəm basırlar. Hətta işğaldan sonra dünyaya gələn insanlar, gənclər, yeniyetmələr belə öz dədə-baba torpaqlarına böyük həvəs və məhəbbətlə gedirlər. 
Füzulidə 800 nəfərdən çox insan artıq yerləşib. İlin sonuna qədər isə burada iki minə yaxın insanın yaşaması nəzərdə tutulub. Yaşamaq üçün isə hər bir şərait yaradılıb. İş yerləri açılıb. Məktəb, baxça, xəstəxana, kitabxana, mədəniyyət mərkəzləri içtimai-iaşə  məntəqələri və sair tikilib.
 Kəndlərdə yerləşən və gələcəkdə yerləşəcək vətəndaşlar üçün isə texnika, mal-qara veriləcək. Ümumilikdə dövlət tərəfindən onlara lazımı köməklik göstəriləcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Əziz şəhidlərimizin xatirəsinə dərin ehtiramımızı ifadə edirik. Bu günə görə biz onlara borcluyuk. Bu, həqiqətdir. Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir.
Hərbçilərimizin qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir. Bu gün onların ruhu şaddır ki, insanlar öz doğma torpaqlarına qayıdır. Şəhidlərimiz canlarını fəda edərək tarixi Zəfər çalıblar.
Biz işğal dövründə elə gənc nəsil yetişdirdik ki, onlar Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də getdilər. Gənc nəsil vətənpərvərlik ruhunda tərbiyə almalıdır. Şəhidlərin qəhrəmanlığı unudulmazdır. Belə ağır coğrafi məkanda bu tarixi Qələbəni qazanmağın misli-bərabəri yoxdur".
Şəhla Ağbulud
"Abşeron" qəzetinin baş redaktoru / azxeber.com

Siyasi     Baxılıb: 166   Tarix: 19 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

İran Rusiyadan hərbi yardım istədi – Kremlin cavabı

İsrailin İranın nüvə obyektlərinə ağır zərbə endirməsindən sonra Tehran Moskvanı Rusiyaya bütün silah tədarükünü dayandırdığı barədə xəbərdar edib. xəbər verir ki, bu barədə "Kremlyovskaya Tabakerka" kanalı Rusiy

Zakir Həsənovdan generalın ölümü ilə bağlı başsağlığı

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağlı başsağlığı verib. xəbər veri

Paşinyan: Rusiya qoşunları qalacaq

Ermənistan Rusiya qoşunlarının ölkədəki mövcudluğunu dayandırmaq niyyətində deyil. -a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Praqada keçirilən "GLOBSEC 2025" forumunda bildirib. "Hazırd

Gürcüstanın daxili işlər naziri Azərbaycana gəlib

Gürcüstanın daxili işlər naziri Gela Geladze Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Gela Geladzenin rəhbərlik etdiyi nümayəndə heyətinə daxili işlər nazirinin müavini Aleksandr

İran-İsrail gərginliyi Azərbaycana necə təsir edəcək? - ŞƏRH

Xəbər verdiyimiz kimi, iki gündür İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə zərbələr endirib. İsrailin İranın müxtəlif ərazilərinə endirdiyi hava zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenan

Türkiyə XİN: Azərbaycanla həmrəyliyimiz əbədi davam edəcək

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını Qurtuluş Günü münasibətilə təbrik edib. Bu barədə Türkiyə XİN-in tviter hesabında paylaşım edilib. "Can Azərbaycanın Milli Qurtuluş Günü mübarək olsun! Həm kədərdə

Pakistan müdafiə naziri: "İranı hər cəhətdən dəstəkləyirik"

Pakistanın müdafiə naziri İranla həmrəy olduqlarını bəyan edib. xəbər verir ki, onun sözlərinə görə, ölkəsi mövcud gərginlik şəraitində İranın yanında yer alacaq. "Bu çətin günlərdə İranı bütün gücümüzlə dəstəkləyirik

Hikmət Hacıyev: Heç kim bizdən ötrü yeni Orta Dəhliz qurmaq fikrinə düşməməlidir

Azərbaycan özünü Orta Dəhlizin iki mühüm iqtisadi güc mərkəzi - Avropa İttifaqı və Çin arasında vacib birləşdirici tərəf kimi görür. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasə

Qərbi Azərbaycana qayıdış milli ideyamızın ayrılmaz hissəsidir

Tarixə nəzər salsaq görərik ki,1747-1827 ci il tarixlərində İrəvan xanlığı Azərbaycanın mərkəzi şəhərlərindənbiri idi. 1 oktyabr 1827-ci il tarixində isə Rusiya-İran müharibəsinin(1826-1828-ci illər) gedişində İrəvan şəhərini


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xəbərlər bugün maraqlı xəbərlər sosial yardim