"Bu gün Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması real deyil" – ÖZƏL
Ukraynada işğalçı müharibə aparan Rusiyanın hərbi gücü tükənmək üzrədir. Rusiyanın Suriyadakı qoşunlarını çıxararaq Ukraynaya cəlb etməsi haqda səsləndirilən fikirlər bu iddiaları daha da gücləndirir. Kremlin hərbi gücünün zəiflədiyi, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının getdiyi bir vaxtda Qarabağda müvəqqəti olaraq yerləşdirilən sülhməramlıların taleyi hər kəsi düşündürür.
Maraqlıdır, yaranan geosiyasi reallıqlar fonunda Qarabağda yerləşdirilən sülhməramlılar oradan çıxarıla bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Yusif Bağırzadə bildirib ki, Putin digər ölkələrdə olan güclərini Qərbə yönəltmək istəyir:
"Rusiya sülhməramlı qüvvələri tərəflərin razılığı ilə o əraziyə yerləşdirilib. Bu barədə 10 noyabr bəyanatında ayrıca bənd var. Sülhməramlıların beş il müddətinə Qarabağda qalması nəzərdə tutulub. Əgər tərəflərdən biri bu müddəti artırmaq istəməsə, rus qoşunları oradan çıxarılacaq. Ukraynada müharibənin başladığı ilk günlərdə Laçın dəhlizində yerləşdirilən sülhməramlıların bir qismi Ukraynaya göndərilmişdi. Onlardan bəziləri hətta döyüşlərdə həlak olub. Ukrayna mətbuatında bu haqda yazılar dərc olunub. İndi Rusiyaya hərbi qüvvə lazımdır. Ona görə də Putin digər ölkələrdə olan güclərini Qərbə yönəltmək istəyir".
Politoloqun fikrincə, indiki məqamda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması real deyil:
"Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən görüşdən sonra Azərbaycanla Ermənistan arasında münasibətlərdə canlanma müşahidə olunur. Azərbaycan müstəqil dövlətdir və Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevdir. Ermənistan ordusunda isə Sarkisyan və Koçaryanın vaxtında orduya cəlb olunan komandir və zabitlər var. Bu hərbçilər Paşinyana tabe deyil və özbaşına hərəkət edirlər. Bu gün Azərbaycan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Sərhədlərin delimitasiya və demarkasiyasından sonra Qarabağda sülhməramlılara ehtiyac qalmayacaq. Bu mənada gələcəkdə sülhməramlılar oradan göndərilə bilər. Lakin indiki halda sülhməramlıların oradan çıxarılması real deyil. Çünki Rusiya Qarabağdan asanlıqla çıxmaq istəməyəcək. Sülh müqaviləsi imzalandıqdan sonra belə Qarabağda təxribatlar ola bilər. Həmçinin, Ermənistanda da Paşinyana tabe olmayan hərbi birləşmələr müxtəlif təxribatlara əl ata bilər".
Şəbnəm Mehdizadə
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun