"Bu hadisə ABŞ üçün tam uğursuzluq idi" - Con Bolton
ABŞ konqresmenlərinin əksəriyyəti İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planının bərpasına qarşıdır.
KONKRET.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə eks-müşaviri Con Bolton bəyan edib.
"Konqres üzvlərinin çoxu İranla nüvə sazişinə qayıtmaqdan imtina edir", – Bolton "Əl Ərəbiyyə" telekanalına müsahibəsində deyib. O, həmçinin Hərtərəfli Birgə Fəaliyyət Planının hazırlanmasının Barak Obama administrasiyasının səhv qərarı olduğunu bildirib və sazişin şərtlərini ABŞ-ın xarici siyasəti üçün "tam uğursuzluq" adlandırıb, çünki "İran öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində deyildi".
Qeyd edək ki, bu bəyanat ABŞ Ədliyyə Nazirliyinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) üzvünü Boltona sui-qəsd hazırlamaqda qiyabi olaraq ittiham etməsindən sonra verilib. Bundan əlavə, siyasətçi bildirib ki, İran hakimiyyəti "bir sıra keçmiş və indiki ABŞ rəsmilərinə" sui-qəsd planlaşdırıb.
ABŞ-ın səlahiyyətli orqanlarının versiyasına görə, 45 yaşlı Tehran sakini Şəhram Pursafi 2021-ci ilin oktyabr ayından Boltona sui-qəsd təşkil etməyə çalışır. Amerika xüsusi xidməti hesab edir ki, bu, 2020-ci ilin yanvarında SEPAH-ın "Əl-Qüds" xüsusi təyinatlı qüvvələrinin komandanı Qasim Süleymaninin Birləşmiş Ştatlar tərəfindən öldürülməsinə cavab aksiyası ola bilər. Onların verdiyi informasiyaya görə, Pursafi Vaşinqtonda və ya ona qonşu Merilend ştatında Boltonun öldürülməsinə sifariş verməyə çalışıb.
Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ildə İranın nüvə çalışmaları ilə bağlı böhranı aradan qaldırmaq üçün Tehranla BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya tərəfindən imzalanıb. 2018-ci ildə Tramp bu sazişdən çıxmaq qərarına gəlib. ABŞ-ın hazırkı prezidenti Co Bayden Vaşinqtonun Tehranı nüvə sazişinə qaytarmağa hazır olduğuna dəfələrlə işarə edib. Rusiya, Böyük Britaniya, Almaniya, Çin, ABŞ və Fransa keçən ilin aprelindən Vyanada İranla Hərtərəfli Birgə Fəaliyyət Planının ilkin formada bərpası üçün danışıqlar aparır.//Publika

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?