Bu hərəkət dövlətə və xalqa xəyanətdir' - Deputatdan sərt sözlər

Bu hərəkət dövlətə və xalqa xəyanətdir' - Deputatdan sərt sözlər"Bu gün dünyada informasiya müharibəsinin getdiyi bir dövrdə guya Azərbaycanın gələcəyini "düşünən" bəzi şəxslərin Azərbaycana qarşı düşmən mövqeyində dayanması əslində onların xislətindən xəbər verir. Bu, əlbəttə ölkəmizin gələcəyini düşünmək yox, əksinə Azərbaycana da, xalqa da xəyanət etməkdir. Qubad İbadoğlunun dəqiqləşdirmə aparmadan guya Azərbaycanın Rusiya-Ukrayna müharibəsinin qızğın bir vaxtında Ukraynaya silah satması kimi bir fikri ictimailəşdirməsi, sadəcə olaraq düşmənlərin dəyirmanına su tökməkdir. Yəqin ki, həmin şəxs bu paylaşımları bilməyərəkdən yox, bilərəkdən etmişdir. Arxa planda isə görünür, Azərbaycanı sevməyənlərin əlinə oynamaq durur". 
Bu sözləri azxeber.com-a  açıqlamasında deputat Vüqar İskəndərov deyib. 
O qeyd edib ki, Azərbaycan çox təəssüf ki, hazırki vəziyyətdə xarici düşmənlərlə yanaşı sapı özümüzdən olan, vətənin çətin günündə sevinənlərlə də mübarizə aparmaq məcburiyyətində qalıb:
"Bu gün Rusiya-Ukrayna müharibəsi fonunda nəinki bu iki ölkə arasında, dünyada da böyük bir informasiya müharibəsi gedir. Qubad İbadoğlu paylaşım edib ki, biz Ukraynaya silah satmışıq. Əvvəla dünyagörmüş, özünü "ictimai siyasi" fəal adlandıran biri bu məlumatları dəqiqləşdirmədən paylaşmamalıydı. Düşünməliydi ki, bu ilk növbədə Azərbaycanın imicinə, qonşuluq münasibətlərinə zərər vura bilər. Ancaq görünür, vətənini qoyub gedib xaricdə moizələr oxuyan biri üçün bunun heç bir əhəmiyyəti yoxdur".
Deputat əlavə edib ki, əsas məqsəd ancaq ölkəmizin adına neqativ düşüncə və xəbərləri tirajlamaqdır:
"Azərbaycan silah istehsalı sahəsində böyük irəliləyişlərə nail olub və bir neçə ölkəyə müasir silahlar satır. Həmin ölkələr üçüncü, dördüncü ölkə olaraq Ukraynaya bizdən aldığı silahları sata bilməzmi? Bunu düşünməmisinizmi? Yəqin ki düşünmüsünüz və bilirsiniz ki, ola bilər. Canında vətənpərvərlik hissi olan biri yəqin ki, əvvəlcə bütün bu məqamları dəqiqləşdirməli idi. Qeyri-obyektiv xəbərləri paylaşmaqla Qubad bəy nə qazanacaqdı? Biz ölkə olaraq erməni yalanlarını ifşa etməklə, dünyanın ikili standartlarına qarşı mübarizə aparmaqla çalışırıq ki, haqq səsimizi dünyaya çatdıraq. Və əksər vaxt da obyektiv yanaşmayla qarşılaşmırıq. İkili standartların olduğunu artıq hamımız bilirik. Bu baxımdan ümumiyyətlə ölkənin mənafeyinə zərər vuracaq xəbərləri paylaşmaq, hələ dəqiqləşdirmədən paylaşmaq tək dövlətə yox, xalqa da xəyanətdir. Biz görürük ki, informasiya müharibəsində Azərbaycan da hədəfdədir. Bu da prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsi olaraq ölkəmizin inkişafından, güclənməsindən irəli gələn bir məsələdir. Çünki güclü olmağımızı istəməyənlər bizə qarşı belə çirkin əməllərə əl atırlar. Bütün bunları özünü müxalifətçi adlandıranlar bilməmiş deyil. Bu baxımdan əminliklə demək olar ki, paylaşım məqsədli şəkildə paylaşılıb və heç də Azərbaycan xalqının xeyrinə atılan bir addım deyil. Azərbaycan stabil, inkişaf edən bir ölkədir. Ölkəmiz üçün bu şəraiti quran, yorulmaz fəaliyyəti ilə qüdrətli bir Azərbaycan yaradan ölkə başçımız var". 
"Əlbəttə belə xırda nüanslar bizə heç nə edə bilməz. Sadəcə olaraq Azərbaycanda da siyasi biliyi zəif olan, gedən prosesləri anlaya bilməyən insanlar mövcuddur. Özünü azərbaycanlı sayan hər kəs düşünürəm ki, belə məqamlarda əsl vətənpərvər kimi addımlar atmalı, ölkəmizin mənafeyinə uyğun olmayan paylaşımlardan məlumatların tirajlanmasından yayınmalıdırlar. Bu cür qeyri-obyektiv paylaşımların tirajlanması isə indiki dövrdə dövlətimizin qarşısında yer almaq deməkdir", - deyə Vüqar İskəndərov əlavə edib.

Sosial       Tarix: 09 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler azerbaycan son xəbər sonxəbər cebheden xeberler