Bu il Azərbaycana ən çox hansı ölkələrdən turistlər gəlib?
Bu il Azərbaycana ən çox hansı ölkələrdən turistlər gəlib?
2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasına dünyanın 176 ölkəsindən 1 milyon 323,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, gələnlərin 27,4 faizi Rusiya Federasiyası, 19,4 faizi Türkiyə, 10,8 faizi İran, 6,8 faizi Səudiyyə Ərəbistanı, 4,8 faizi Gürcüstan, 3,4 faizi Hindistan, 3,3 faizi Pakistan, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi Qazaxıstan, 1,8 faizi Ukrayna, 1,7 faizi İsrail, 1,6 faizi Özbəkistan, 1,5 faizi Küveyt, 1,3 faizi Oman, 1,1 faizi Belarus, 11,0 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 74,6 faizini kişilər, 25,4 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Küveytdən gələnlərin sayı 105,4 dəfə, Omandan - 70,8 dəfə, Səudiyyə Ərəbistanından - 35,6 dəfə, Pakistandan - 22,3 dəfə, Hindistandan - 15,4 dəfə, Özbəkistandan - 6,5 dəfə, Qazaxıstandan - 5,3 dəfə, İsraildən - 4,4 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 4,2 dəfə, ABŞ-dan - 3,2 dəfə, Almaniyadan - 2,7 dəfə, Fransadan - 2,4 dəfə, Böyük Britaniyadan - 1,9 dəfə, Rusiya Federasiyasından - 1,8 dəfə, Ukraynadan - 1,7 dəfə, Türkiyədən - 1,6 dəfə, İrandan - 44,1 faiz, Gürcüstandan - 28,3 faiz artıb.
2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 2,7 dəfə artaraq 307,5 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,3 dəfə artaraq 62,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 2,0 dəfə artaraq 462,9 min nəfər olub. / oxu.az

Azərbaycanda nə qədər işsiz var?
Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU
Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ
Faiq Ağayevə ağır itki üz verdi
Yeniyetmə bacı-qardaş göldə batdı - Qızın meyiti tapıldı
Daha bir ölkə hazırlıq görür: Rusiyaya hücum olacaq
Azərbaycanda ən çox bahalaşan ərzaq məhsulları - SİYAHI
Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə
Yunanıstan Azərbaycandan neft idxalını artırıb
Əlillik pensiyasından yaşa görə pensiyaya keçid: Hansı məbləğ daha sərfəlidir?
"Fənərbaxça"dan Taliska açıqlaması
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan xəbər var - FOTO / Yenilənib
Ağcabədidə ağır qəza: yaralılar var
"Əbədi dostluq haqqında Müqavilə" imzalandı - FOTOLAR
Mirziyoyev İlham Əliyevi təbrik etdi