Bu il sosial təminat üzrə əhaliyə ötən illə müqayisədə bir milyard manatdan artıq olmaqla çox vəsait ödənilib

Bu il sosial təminat üzrə əhaliyə ötən illə müqayisədə bir milyard manatdan artıq olmaqla çox vəsait ödənilibBu il sosial təminat üzrə əhaliyə ötən illə müqayisədə bir milyard manatdan artıq olmaqla çox vəsait ödənilib
Cari ilin ötən dövründə pensiya, müavinət və təqaüd, ünvanlı sosial yardım üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən bir milyard manatdan artıq olmaqla çox vəsait ödənilib.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il üzrə büdcə zərfi barədə məlumat verərkən deyib. 
Nazir 11 ay üzrə ödənilən vəsaitdə özünü göstərən bu məbləğ artımının 700 milyon manatdan çoxunun pensiya, qalanının müavinət, təqaüd, ünvanlı sosial yardım üzrə ödənişlərdəki artımlar olduğunu diqqətə çatdırıb.
Ümumilikdə isə bu ilin yanvar-noyabr aylarında pensiya, müavinət və təqaüd, ünvanlı sosial yardım üzrə ödənilən vəsait 5 milyard 264 milyon manat təşkil edib.
S.Babayev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatı işlərinin uğurla davam etdirildiyini, bu günə qədər 9 mindən artıq şəhid ailəsinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxsin mənzil və fərdi evlə təmin edildiyini deyib. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7 mindən artıq avtomobil verildiyini bildirib. 
Nazir sosial infrastrukturun müasirləşdirilməsi və genişləndirilməsi işlərini diqqətə çatdırıb. O, son bir il yarım ərzində nazirlik tərəfindən doqquz reabilitasiya mərkəzinin yenidən qurularaq və ya tikilərək istifadəyə verildiyini qeyd edib. Bu müəssisələrin ölkənin bütün əsas regionlarını əhatə etdiyini, yaxın aylarda bir sıra reabilitasiya müəssiələrinin də istifadəyə veriləcəyini bildirib. /oxu.az

Siyasi       Tarix: 27 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor


azerbaycan xeberleri yeni xeberler son xeberler dunya xeberleri cəbhədən ən son xəbərlər son xeberler bu gun xeberler bugun 2026