Bu il sosial xərclər və məşğulluğa dəstək tədbirləri ilə bağlı rekord göstərici qeydə alınıb
Bu il sosial xərclər və məşğulluğa dəstək tədbirləri ilə bağlı rekord göstərici qeydə alınıb
Milli.Az Trend-ə istinadən bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev KİV-ə müsahibəsində bildirib ki, ötən dövr ərzində dövlət başçısının tapşırığı ilə ünvanlı sosial yardım proqramının əhatə dairəsi genişləndirildi. Hazırda 84 min ailənin 350 min üzvü bu yardımla əhatə olunub.
Həmçinin bu il şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev, 400 avtomobilin verilməsi nəzərdə tutulub. 65 yaşdan yuxarı ahıl şəxslərə sosial xidmətlərin göstərilməsi proqramı 15 min nəfəri əhatə edir.
Xüsusi karantin rejimi dövründə 100 mindən çox ailəyə 200 min ərzaq payı təqdim edildi. Ümumilikdə isə sosial təminat proqramları 500 mindən çox insanı əhatə etdi və bunun üçün 200 milyon vəsait yönəldildi.
Həmçinin sosial müdafiə üzrə 2 milyon, əmək münasibətlərinin qorunması üzrə 1 milyon 660 min, işsizlik və karantin dövründə gəlirini itirən aztəminatlılar üzrə 700 mindən artıq vətəndaşa dəstək göstərildi. "Görülmüş bu tədbirlər bir daha dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifahının dayandığını göstərir" - deyə nazir bildirib.
Milli.Az /news.milli.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar