"Bu insanların maddi təminat məsələsinə yenidən baxılmalıdır" - Ekspert

Müəyyən sahələr üzrə aylıq əmək haqları artırılsa da büdcə təşkilatlarından kənar insanlara bu şamil edilmədi. O cümlədən aylıq maaş almayan aztəminatlı və ya günəmuz çalışan insanlar bu əmək haqqı artımlarından bəhrələnə bilmədilər. Belə qəbildən olan insanların həyat şəraitinə infilyasiya ciddi təsir etməkdədir.
Ona görə də bu insanların maddi təminat məsələsinə yenidən baxılmasına böyük ehtiyac var. Hazırda mövcud neft qiymətləri də büdcəyə yenidən baxmaq üçün geniş imkanlar yaradır ki, bu yolla əmək haqqı artımlarından yararlana bilməyən, amma həyat səviyyələrinə infilyasiyanın ciddi problem yaratdığı insanlara dəstək göstərilsin.
Aydın məsələdir ki, ölkə müharibədən çıxıb, quruculuq işləri, şəhid və qazi ailələrinə dəstək, dövlət investisiya layihələri, ərzaq təhlükəsizliyinin təminatı və s. məsələlərlə əlaqədar xeyli maliyyə vəsaiti xərcləyirik. Bütün bunlar həm işlərin sürətinə görə, həm də çox şaxəliliyinə görə həqiqətən alqışa layiqdir. Amma bunlar aztəminatlı insanların infilyasiya tərəfindən əzilməsinə sakit dayanıb baxmağa əsas ola bilməz.
Ölkənin 53 milyard dollara yaxın ehtiyat valyutası var. Yəni təhlükəsizlik yastığı güvəniləcək dərəcədədir. Neft də büdcədə 50 dollar götürülsə də ən azı 2 dəfədən artıq baha satılır. Odur ki, heç olmasa infilyasiyanın daha çox təsirləndirdiyi aztəminatlı insanları dəstəkləmək naminə büdcəyə yenidən baxmaq üçün heç bir maneə yoxdur
Dəstəyin formasına gəldikdə isə bunu ən müxtəlif forma və üsullarla reallaşdırmaq olar.
Ümid edirəm ki, aidiyyatı subyektlər bu məsələni ən qısa zamanda gündəmə gətirəcəklər.
Eldəniz Əmirov, iqtisadçı
/konkret.az

Sosial       Tarix: 15 may 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin


azerbaycan xeberleri son xeberler yeni xeberler novruz bayramı cəbhədən son məlumat son xeberler bugun xəbərlər