"Bu, İran cəmiyyətini parçalayacaq, ardınca isə..." - ŞOK DETALLAR
Son günlər İran mediasında ölkənin təhlükəsizlik orqanlarının zəif fəaliyyətinə dair ciddi tənqidlər səslənir. Bu vəziyyət ölkə daxilində siyasi balansı necə təsirləndirə bilər?
Mövzu ilə bağlı politoloq Taleh Əliyev KONKRET.az-a açıqlamasında bildirib ki, 12 günlük müharibə zamanı İsrailin İranda casus şəbəkəsi saxlaması, hətta ölkə daxilində dron istehsalı ilə məşğul olan sexlərin mövcudluğu təhlükəsizlik qurumlarının fəaliyyətindəki ciddi boşluqları üzə çıxarıb.
"Bu mövzunun hazırda İran mediasında geniş müzakirə olunması müharibədən sonra ölkə daxilində müəyyən sabitliyin yaranması ilə bağlıdır. Lakin bu sabitlik eyni zamanda təhlükəsizlik orqanlarının fəaliyyətinə dair ittihamların da qızğın şəkildə gündəmə gəlməsinə səbəb olub. İranın təhlükəsizlik strukturları ittihamlara cavab verməkdə çətinlik çəkir. Bu, onların məsuliyyətinə daxil olan məsələlərin yenidən qabardılmasına çalışan dairələrlə təhlükəsizlik qüvvələri arasında gərginliyi artıracaq. Belə bir proses isə ölkə daxilində sabitliyə töhfə verməyəcək, əksinə, cəmiyyətdə parçalanmanı gücləndirəcək", – deyə Taleh Əliyev vurğulayıb.
Politoloq hesab edir ki, İsrail və İran arasında növbəti müharibənin baş vermə ehtimalı hələ də yüksəkdir. Bu şəraitdə təhlükəsizlik orqanlarının fəaliyyətinə dair daxili müzakirələrin başlanması İran üçün gələcəkdə ciddi risklər vəd edir.
Aynurə İsmayıl
KONKRET.az

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib