"Bu, İran xalqının başına yeni oyun açmaq cəhdidir" - Etirazlarla bağlı YENİ DETALLAR
"Əgər bu gün İranda Pəhləvi rejimi hakimiyyətdə olsaydı, ölkənin siyasi sistemi demokratiyadan çox, avtoritar və despot xarakter daşıyardı"
Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev səsləndirib.
Onun sözlərinə görə, Pəhləvilərin yenidən hakimiyyətə gəlməsi indiki İran rejimindən fərqli bir idarəçilik modeli vəd etmir:
"Əgər İranda Pəhləvi rejimi hakimiyyətdə olsaydı, onlar da indiki molla rejimi kimi avtoritar, hətta öz xalqına zülm edən bir sistemə çevrilərdi. Pəhləvilərin vaxtilə İranda həyata keçirdiyi repressiv və zorakı siyasət, xüsusilə azərbaycanlılara qarşı tətbiq edilən genosid xarakterli addımlar hamıya məlumdur".
Politoloq qeyd edib ki, bəzi Qərb dairələrinin Rza Pəhləvini alternativ siyasi fiqur kimi təqdim etməsi reallıqla uzlaşmır:
"Baxmayaraq ki, Rza Pəhləvi müəyyən Qərb çevrələri tərəfindən alternativ kimi irəli sürülür, bu, yanlış yanaşmadır. Onun İran xalqı tərəfindən qəbul olunacağı inandırıcı deyil. Xüsusilə də azərbaycanlı əhali Pəhləviləri qəbul etməyəcək".
Zeynal Əmrəliyev vurğulayıb ki, Rza şah Pəhləvi Şərqin ən qəddar diktatorlarından biri olub və onun ardınca oğlu Məhəmməd Rza şah da eyni siyasəti davam etdirib:
"Həmin siyasət bu gün də unudulmayıb. Ona görə də Pəhləvilərin hakimiyyətə qayıdışı çürümüş despot monarxiya rejimindən başqa bir şey olmazdı. Nə atadan, nə babadan, nə də Rza Pəhləvidən hansısa demokratik idarəçilik nümunəsi gözləmək mümkündür".
Politoloqun fikrincə, Rza Pəhləvinin əvvəlki açıqlamaları onun İrana demokratik dəyişikliklər üçün deyil, intiqam məqsədilə qayıtmaq niyyətində olduğunu göstərir:
"Bu, İran xalqının başına yeni oyunlar açmaq cəhdidir. Tarixi təcrübəyə əsaslanaraq deyirəm ki, Pəhləvilərin hakimiyyətə gəlməsi İrandakı azərbaycanlılara ciddi zərbə olardı.
Bu, edam və despot siyasətinin yenidən başlaması deməkdir".
Müşviq Tofiqoğlu
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
"Əl-Nəsr"dən Ronaldonu istədilər
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR