Bu məhsulları supermarketlərdən almaq təhlükəli ola bilər
Bu məhsulları supermarketlərdən almaq təhlükəli ola bilər
Çinli "WeChat" blogeri supermarketlərdən alınması təhlükəli olan məhsulları sadalayıb.
"İzvestiya" nəşrinin məlumatına görə, çinli bloger ilk növbədə çəkilmiş ət məhsullarının adını qeyd edib. Onun sözlərinə görə, marketlərdəki belə məhsulları bir qayda olaraq köhnə və keyfiyyətsiz xammaldan hazırlayır, qarışığa çoxlu miqdarda piy əlavə edirlər.
Turşuları, duza qoyulmuş tərəvəzləri də supermarketlərdən almağa dəyməz. Onların istehsalında da, adətən köhnə xammaldan istifadə olunur. Turşular açıq konteynerlərdə satılır və ətrafda gəzən alıcılardan onların üzərinə bakteriyalar düşür.
Toyuq-qril həmçinin təcili satılmalı olan köhnə məhsullardan hazırlanır.
Doğranmış meyvələr isə əksər hallarda çürük xammaldan əldə olunur. Sadəcə meyvələrin xarab olmuş hissələri kəsilərək atılır, saf hissəsi isə doğranaraq qablaşdırılır.
Blogerin fikrincə, supermarketlərdən balıq və ədviyyat almaq da məsləhət deyil. Belə ki, həmin məhsullar da, bir qayda olaraq, köhnə olur. Sadəcə, köhnə balıqlar dondurulur, ədviyyat isə yenisilə qarışdırılır. /oxu.az

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR