Bu məmur eyni qəddarlığı tikinti maqnatlarına, bar-klub sahiblərinə göstərə bilərmi?

Bu məmur eyni qəddarlığı tikinti maqnatlarına, bar-klub sahiblərinə göstərə bilərmi?Sumqayıtda məmur eyni qəddarlığı və "qətiyyət"ı yüzlərlə sakini evindən edən tikinti maqnatlarına, bar-klub sahiblərinə münasibətdə göstərə bilərmi?!
azxeber.com xəbər verir ki, bu sözləri "İslahatçı Gənclər İctimai Birliyi"nin sədri, Editor.az saytının rəhbəri Fərid Şahbazlı deyib.
O bildirib ki, Sumqayıtda icra məmurunun sahibkara etdiyi hörmətsizlik hər kəsdə hiddət doğurub: 
"Sumqayıtda Məhəmməd Əsədov küçəsində qanunsuz ticarətə qarşı keçirilən reyd zamanı özünü Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi kimi təqdim edən bir şəxsin meyvə satan vətəndaşa qarşı kobud davranışları izləyən hər kəsdə ciddi hiddət doğurub. Videodan aydın görünür ki, bu məmur vətəndaşa qarşı xüsusi aqressiya ilə malların mağazaya aparılmasına isə icazə vermir və məhsulları müsadirə edir.
Şübhəsiz ki, qayda varsa, hamı ona əməl etməlidir. Buna söz yoxdur. Amma qaydanı tətbiq etmək o demək deyil ki, saçı ağarmış bir vətəndaşla qul kimi davranasan, hamının gözü qarşısında ona qışqırasan, malını maşına yığdırıb biabır edəsən. Üstəlik də, vətəndaş sənin qəddarlığın qarşısında tam səbr və hörmət göstərməsinə baxmayaraq, sənin ürəyin soyumaya..."
Bu məmur eyni qəddarlığı tikinti maqnatlarına, bar-klub sahiblərinə göstərə bilərmi?Təşkilat sədri qeyd edib ki, meyvə satmaq cinayət deyil: 
"Bu adam cinayətkar deyil. Yol kəsən deyil. Sadəcə meyvə satır. Qaydanı pozubsa, normal şəkildə izah edərsən, protokol yazarsan, xəbərdarlıq edərsən. Dövlət məmuru belə davranmaz. Maraqlıdır ki, bu məmur eyni qəddarlığı və "qətiyyət"ı yüzlərlə sakini evindən edən tikinti maqnatlarına, bar-klub sahiblərinə münasibətdə göstərə bilərmi?! Təəssüf ki, belə məmurlar az deyil. İşlədikləri dövlət qurumunu şəxsi obyekti kimi görürlər, elə bil vətəndaş onlara borcludur. Səlahiyyət anlayışı ilə tərbiyə anlayışını qarışdırırlar. Əgər kiminsə əsəbi bu qədər pozulubsa, özünü saxlaya bilmirsə, qışqırmaqla, təhqirlə "iş görürsə" — o adam reydə yox, həkimə getməlidir. 
Qaydalara hər kəs əməl etməlidir. Amma qanunlar sadə, kasıb bir insanı alçaltmaq üçün yox, cəmiyyətdə nizam yaratmaq üçündür. Vətəndaşı alçaldan məmur nə qaydanı qoruyur, nə də dövləti".

Sosial       Tarix: 19 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

"Yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq". xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib. "Yaxı

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Sahibsiz itlərə qarşı hansı addım atılmalıdır? - Professordan açıqlama

Son zamanlar küçə heyvanları ilə bağlı problem yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə sahibsiz itlərin yaşayış məntəqələrində insanlara hücum etməsi və bunun nəticəsində vətəndaşların təhlükə ilə üz-üzə qalması məsələni

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bugun 2026 canli enson xeberler dunya xeberleri sonxeber az