Bu nəhəng şirkətlər Rusiya bazarından "QAÇIR" - SİYAHI

Bu nəhəng şirkətlər Rusiya bazarından Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəyə cavab olaraq Qərbin bu ölkəyə qarşı tətbiq etdiyi misli görünməyən sanksiyalar fonunda transmilli şirkətlər Rusiya bazarını tərk etməyə başlayıb.
KONKRET.az xəbər verir ki, "General Motors", "Ford", "Volvo", "Volkswagen", "BMW", "Jaguar Land Rover" və "Daimler Truck" şirkətləri Rusiyaya avtomobil tədarükünü dayandırdığını bəyan ediblər. Eyni zamanda Rusiya ilə həyata keçirilən birgə istehsal da dayandırılıb. Motosiklet istehsalçısı olan "Harley-Davidson" da Rusiya bazarına tədarük həyata keçirməyəcək.
Rusiyanın enerji sektorunda uzun illər təmsil olunan "ExxonMobil", "BP", "Shell", "Equnior", "Eni", "OMV" şirkətləri bu ölkədə fəaliyyətlərinə son qoyduqlarını və Rusiya layihələrinə investisiya yatırımlarına son qoyduğunu bəyan ediblər. Dünya nəhənglərinin təşəbbüsü fonunda bütün nəzərlər digər enerji şirkətlərinə o cümlədən "Chevron", "Total", "Vitol", "Wintershall Dea" və "Trafigura"ya yönəlib.
Onlayn-kinoteatr "Netflix" 20 federal kanalının yayımını, orijinal Rusiya serialları üzərində işləri dayandırıb. Dünyanın ən tanınmış film istehsalçıları "Warner Bros.", "The Walt Disney Company", "Universal Pictures, və "Paramount Pictures" Rusiya ərazisində öz məhsullarının yayımını dayandırıblar.
ABŞ-ın "Apple" şirkəti (iPhone, iPad, McBook və digər texnoloji brendlərin istehsalçısı) Rusiyada öz məhsullarının satışını və bu ölkəyə ixracı dayandırıb. Eyni zamanda öz servisi "Apple Pay"dən istifadəni məhdudlaşdırıb.
"Google" şirkəti Avropa ərazisində "Google Play" elektron dükanından "Russia Today" (RT) və "Sputnik"in tətbiqlərini silib. Həmin tətbiqləri Rusiyadan kənarda "Apple"nın servisi "App Store"da da yükləmək artıq mümkün deyil.
"Dell" kompüter istehsalçısı Rusiyada öz məhsullarının satışını dayandırıb. Ötən rüb bu ölkəyə tədarük edilən kompüterlərin 6 %-i "Dell"in payına düşüb.
Dünyanın ən iri çip istehsalçısı "TSMC" Rusiyaya tədarükü dayandırıb və bu ölkədə hazırlanan "Elbrus" markalı çiplərin istehsalını dayandırıb. Onun ardınca analoji addımları ən iri istehsalçılardan biri "AMD" və "İntel"də atıb./report/

Sosial       Tarix: 02 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Brent neftinin qiyməti 73,75 dollara düşdü

Dünya bazarında neft qiymətləri ucuzlaşmaqda davam edir. xəbər verir ki, Londonun ICE birjasında keçirilən ticarət əməliyyatları zamanı Brent markalı neftin 2026-cı ilin iyul fyuçersləri 2,01 faiz ucuzlaşıb. Hazırda bir bare

Ginekoloji xəstəliklər niyə yayda kəskinləşir?

Ginekoloji xəstəliklər yay mövsümündə daha tez-tez kəskinləşir. Bu, açıq su hövzələrində çimmək, çimdikdən sonra soyuma və uzunmüddətli səfərlər nəticəsində baş verir. . Bu barədə "İzvestiya" qəzetinə ginekolo

Bakıda üç avtomobil toqquşdu, xəsarət alan var

Bakının Xətai rayonunda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Qəza Babək prospektində qeydə alınıb. Belə ki, BMW, BYD və "Khazar" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirində

Bu gün Aşuradır

Bu gün Azərbaycanda Aşuradır. xəbər verir ki, Aşura günü iyunun 25-nə təsadüf edir. QMİ-nin Qazılar Şurası dindarlara xatırladıb ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasu

Nəriman Həsənzadənin vəziyyəti açıqlandı

Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb. xəbər verir ki, Mərkəzi Klinikadan APA-ya verilən məlumata görə, Xalq şairinin vəziyyəti ağır stabil olaraq qalır. Bildirilib ki, Nəriman Həsənzadəni

Deputat: Məktəblərdə telefonlarla bağlı qadağa vaxtında atılmış addımdır

Xəbər verdiyimiz kimi, məktəbəhazırlıq qrupları və ümumi təhsil müəssisələrində şagirdlərin mobil və elektron cihazlardan istifadəsinə dair yeni qaydalar qüvvəyə minib. Qaydalara əsasən, dərs zamanı telefon, planşet və digə

Hüquqsuz sürücünün narkotik istifadəçisi olduğu məlum oldu

Kürdəmir rayon sakini Samid Səmədov Kənar Dairəvi yolda idarə etdiyi "Mercedes" markalı avtomobillə manevr etmə qaydalarını pozduğu üçün Ekoloji nəzarət bölüyünün əməkdaşları tərəfindən saxlanılıb. xəbər verir ki

Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı

İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Bakı şəhərinin mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunacaq. Bakı şəhə

Yayda hansı qidalar daha təhlükəlidir? - Ekspertlərdən vacib xəbərdarlıq

"İstənilən qida məhsulu fermer təsərrüfatından istehlakçıya çatana qədər "soyuq zəncir" prinsipi ilə daşınmalı və saxlanmalıdır. Bu prinsip pozulduqda qida artıq çirklənmiş və təhlükəli hesab olunur. Azərbayca


yeni xeberler son xeberler azerbaycan xeberleri sou biznes cəbhədən görüntüleri cəbhədən son xəbər